Tramp CNN-in jurnalistinə qarşı hiddətləndi: “Onu it kimi qovun”

ABŞ prezidenti Donald Tramp CNN kanalının jurnalisti Nataşa Bertranın İranın nüvə obyektlərinə endirilmiş hava zərbələri ilə bağlı reportajına görə onun işdən çıxarılmasını tələb edib.

Bizim.Media xəbər verir ki, bu barədə Tramp Truth Social sosial platformasında paylaşım edib.

Tramp bildirib ki, jurnalist təkcə işdən çıxarılmalı deyil, həm də sərt şəkildə tənbeh olunmalıdır.

O, Bertranı davamlı olaraq yalan yaymaqda ittiham edib və xatırladıb ki, jurnalistin Hanteri Baydenin noutbuku ilə bağlı əvvəlki yazıları da sonradan təkzib olunmuşdu.

“O dərhal tənbeh olunmalı və sonra da it kimi qovulmalıdır. CNN kimi feyk xəbər platformasında işləməsinə imkan verilməməlidir. Məhz onun kimiləri bir vaxtlar böyük olan bu kanalın nüfuzunu məhv etdilər. Nataşanı işdən çıxarın!” – deyə Tramp qeyd edib.
 

Ağ Evin mətbuat katibi Kerolayn Livitt də Trampın mövqeyini dəstəkləyib. Fox News kanalına açıqlamasında o bildirib ki, ABŞ-ın bəzi kəşfiyyat dairələri Tramp administrasiyasını gözdən salmaq üçün qəsdən məlumatlar sızdırır. Onun sözlərinə görə, CNN-in məqaləsi də bu kampaniyanın bir hissəsidir.


“Təsadüfi deyil ki, bu yazını Hanter Baydenin noutbuku ilə bağlı məlumatları yalançı şəkildə Rusiya dezinformasiyası adlandıran eyni jurnalist yazıb. Bu jurnalist Trampdan xoşu gəlməyən dairələrin ruporudur,” – deyə Livitt vurğulayıb.

Xatırladaq ki, CNN daha əvvəl ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinə istinadla yayımladığı məlumatda Trampın İranın nüvə obyektlərinə uğurlu zərbə endirildiyinə dair bəyanatını şübhə altına almışdı. Hesabata əsasən, hücumlar İranın nüvə proqramını yalnız qısamüddətli ləngidib, onun əsas elementlərini isə məhv etməyib.

Lakin Tramp israr edir ki, 22 iyun gecəsi İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən nüvə obyektlərinə endirilmiş zərbələr nəticəsində bu obyektlər yerlə-yeksan edilib. Ağ Ev isə bəyan edib ki, İran zərbələrdən əvvəl nüvə materiallarını bu komplekslərdən çıxarmağa macal tapmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın ali lideri: ”İran Amerikaya ağır sillə vurdu”

İranın ali lideri: ”İran Amerikaya ağır sillə vurdu”

Rusiya-Ukrayna danışıqları İstanbulda PLANLAŞDIRILIR

Rusiya-Ukrayna danışıqları İstanbulda PLANLAŞDIRILIR

Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub

İş yerində BƏDBƏXT hadisə - Qadın həmkarının üzünə qaynar su ATIB - FOTO

İş yerində BƏDBƏXT hadisə - Qadın həmkarının üzünə qaynar su ATIB - FOTO

Kürdəmirdə AĞIR QƏZA – Yolda bir neçə dəfə çevrilən avtomobil AŞIB – FOTO/VİDEO

Kürdəmirdə AĞIR QƏZA – Yolda bir neçə dəfə çevrilən avtomobil AŞIB – FOTO/VİDEO

Ermənistanda daha bir din xadimi barəsində cinayət işi açıldı

Ermənistanda daha bir din xadimi barəsində cinayət işi açıldı

AZAL təyyarə parkına yeni hava gəmilərini əlavə edəcək – FOTO

AZAL təyyarə parkına yeni hava gəmilərini əlavə edəcək – FOTO

“Azərreyl” millimizin üzvünü transfer etdi

“Azərreyl” millimizin üzvünü transfer etdi

Polis Bakıda əməliyyat keçirdi: Ata və oğul TUTULDU - FOTO

Polis Bakıda əməliyyat keçirdi: Ata və oğul TUTULDU - FOTO

İranın raket hücumları İsrailə 3 milyard dollar zərər vurub?

İranın raket hücumları İsrailə 3 milyard dollar zərər vurub?

Çağırışçıların nəzərinə! - Xidmət yerləri açıqlandı

Çağırışçıların nəzərinə! - Xidmət yerləri açıqlandı

Emin Ağalarov yeni obyekt açdı - VİDEO

Emin Ağalarov yeni obyekt açdı - VİDEO

Pakistan ABŞ-ın ərazisinə çata biləcək kontinentlərarası raket hazırlayır

Pakistan ABŞ-ın ərazisinə çata biləcək kontinentlərarası raket hazırlayır

İsrail ərəb ölkələrinə sığınmaq istəyir

İsrail ərəb ölkələrinə sığınmaq istəyir

Türkiyə çoxsəviyyəli hava hücumundan müdafiə sistemi yaradacaq

Türkiyə çoxsəviyyəli hava hücumundan müdafiə sistemi yaradacaq

Vəfa Şərifova dayısına 2 ferma tikdirdi

Vəfa Şərifova dayısına 2 ferma tikdirdi

Zaxarova Azərbaycana təşəkkür etdi

Zaxarova Azərbaycana təşəkkür etdi

İsrail Ordusunun rəsmisi İrana qarşı hərbi əməliyyatın GİZLİ DETALLARINI açıqladı

İsrail Ordusunun rəsmisi İrana qarşı hərbi əməliyyatın GİZLİ DETALLARINI açıqladı

Prezidentin xüsusi nümayəndəsindən İrəvana ÇAĞIRIŞ

Prezidentin xüsusi nümayəndəsindən İrəvana ÇAĞIRIŞ

Müjgan Ayxan: "Ərə getmədən ana olmaq istəyirəm"

Müjgan Ayxan: "Ərə getmədən ana olmaq istəyirəm"

Məşhur aktyor xəstəxanaya yerləşdirildi

Məşhur aktyor xəstəxanaya yerləşdirildi

Kofe içmək xərçəng yaradır?

Kofe içmək xərçəng yaradır?

Dima Bilanın səsi tutuldu

Dima Bilanın səsi tutuldu

Klublararası dünya çempionatında DAVA DÜŞDÜ – ANBAAN VİDEO

Klublararası dünya çempionatında DAVA DÜŞDÜ – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO