ABŞ Rusiya və Çin tərəfindən gələn təhdidlərin aşkar edilməsi üçün radar sistemi sınaqdan keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Pentaqon Alyaskada Çin və Rusiya tərəfindən mümkün raket təhdidlərini izləyə bilən uzaqmənzilli radar sisteminin uğurlu sınağını həyata keçirib.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, bu texnologiya gələcəkdə “Golden Dome” (Qızıl Günbəz) raketdən müdafiə sisteminə inteqrasiya oluna bilər.
Lockheed Martin şirkəti tərəfindən inşa edilən radar mövcud yerüstü raket tutma sisteminin bir hissəsinə çevrilib və ABŞ-nin ballistik raketlərdən müdafiəsinin effektivliyini artırmaq məqsədi daşıyır.
Bizim.Media