Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarına görə iyulun 6-7-də Braziliyada keçiriləcək BRİKS sammitində iştirak etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin xarici siyasət üzrə köməkçisi Uşakov bildirib.
O qeyd edib ki, Putin tədbirdə videobağlantı vasitəsilə iştirak edəcək.
Qeyd edək ki, BRİKS 10 ölkənin - Rusiya, Çin, Braziliya, Cənubi Afrika, Hindistan, Misir, İran, BƏƏ, Efiopiya və İndoneziyanın daxil olduğu beynəlxalq birlikdir.
Bizim.Media