İsrail parlamentinin (Knesset) Maliyyə Komissiyasının sədri və baş nazir Benyamin Netanyahunun əsas müttəfiqlərindən biri olan "Tövrat Yəhudiliyi" partiyasının nümayəndəsi Moşe Qafni Qəzzada müharibənin davam etməsinə qarşı çıxış edib və onun dayandırılmasına çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Haaretz məlumat yayıb.
“Bu gün yeddi əsgərin həlak olduğu gündür, – deyə Qafni komissiyanın iclasında bildirib. – Mən hələ də başa düşə bilmirəm, biz nə uğrunda döyüşürük və nəyi hədəfləyirik? Nə əldə etməyə çalışırıq, əgər əsgərlərimiz hər gün həlak olursa?”.
“Bizə Tramp kimi biri lazım idi, o deyəydi: “Girovları evə qaytarırıq və normal həyata dönürük”. Amma görünür, hələlik bəxtimiz gətirməyib”, - deyə Qafni əlavə edib.
Bizim.Media