Tramp: "İrana endirdiyimiz zərbələr Xirosimaya atılan atom bombası kimidir"

ABŞ prezidenti Donald Tramp NATO-nun Haaqa sammitində çıxışı zamanı ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələri İkinci Dünya Müharibəsində Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombaları ilə müqayisə edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Financial Times” nəşri yayıb.

“Mən Xirosimanı və Naqasakini misal çəkmək istəmirəm, amma mahiyyət etibarilə bu, eyni şeydir. Zərbə müharibəyə son qoydu”, – deyə o, qeyd edib.

Trampın fikrincə, ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi hava zərbələri təkcə İsrail və İran arasındakı müharibəyə son qoymayıb, həm də Qəzza zolağında HƏMAS-a qarşı müharibədə İsrailin irəliləyişinə təkan verə bilər:
 

“Mən düşünürəm ki, Qəzza ilə bağlı ciddi irəliləyiş əldə olunub. Bizim həyata keçirdiyimiz hücum nəticəsində yaxşı xəbərlərimiz olacaq”. CNN Trampın sözlərindən sitat gətirib.


ABŞ prezidenti eyni zamanda mətbuata sızan kəşfiyyat məlumatlarını da şübhə altına alıb. Həmin məlumatlara əsasən, ABŞ zərbələri İranın nüvə proqramını cəmi bir neçə ay geriyə atıb. Tramp isə bu dəyərləndirməni yekun saymadığını bildirib. O qeyd edib ki, Fordo, Natanz və İsfahandakı obyektlərə vurulan ziyanın miqyasını yalnız İsrailin təqdim edəcəyi dəyərləndirmə müəyyən edə bilər:

“Mən deyirəm ki, bu obyektlər məhv edilib. Ancaq bəzi mətbuat orqanları bunu kiçiltməyə çalışır. Bu xəbərlər yalandır”, – deyə o, CNN və “The New York Times”ın dərc etdiyi məlumatlara cavab olaraq bildirib.

Qeyd edək ki, ABŞ iyunun 22-nə keçən gecə İranın nüvə proqramı ilə bağlı üç əsas obyektinə – İsfahan, Natanz və Fordoya hava zərbələri endirib. Bu hadisədən sonra Tramp dəfələrlə bəyan edib ki, “İranın nüvə ambisiyaları tamamilə məhv edilib”.

ABŞ müdafiə naziri Pit Hegset də zərbədən sonra keçirilən mətbuat konfransında eyni fikri səsləndirib.

Bununla belə, CNN və “The New York Times” qəzetlərinin yaydığı ABŞ kəşfiyyatının ilkin hesabatlarına əsasən, bu zərbələr İranın nüvə materiallarının yalnız kiçik hissəsini məhv edib. İranın zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsini öncədən təhlükəsiz yerlərə daşıdığı qeyd olunur. Həmçinin, ABŞ-ın hədəf aldığı obyektlərin gözlənildiyindən az zədələndiyi də vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp müdafiə naziri vəzifəsinin adını dəyişməyi TƏKLİF ETDİ - VİDEO

Tramp müdafiə naziri vəzifəsinin adını dəyişməyi TƏKLİF ETDİ - VİDEO

Tovuzda zəhərlənmə baş verən dönərxana BAĞLANDI

Tovuzda zəhərlənmə baş verən dönərxana BAĞLANDI

İsrailin hücumları nəticəsində İranın daha bir generalı ÖLDÜRÜLDÜ

İsrailin hücumları nəticəsində İranın daha bir generalı ÖLDÜRÜLDÜ

Ağdərədə ilk körpə dünyaya gəldi

Ağdərədə ilk körpə dünyaya gəldi

Azərbaycan nümayəndə heyəti “Jenmin Jibao” qəzetinin redaksiyasında - FOTO

Azərbaycan nümayəndə heyəti “Jenmin Jibao” qəzetinin redaksiyasında - FOTO

“Antalyaspor” Emre Belözoğlunu istefaya GÖNDƏRDİ

“Antalyaspor” Emre Belözoğlunu istefaya GÖNDƏRDİ

Bir ailədə iki general…

Bir ailədə iki general…

Mənzurə evlərinin sayını AÇIQLADI - VİDEO

Mənzurə evlərinin sayını AÇIQLADI - VİDEO

Qusarda Silahlı Qüvvələr Gününə həsr olunmuş ümumrayon tədbiri KEÇİRİLDİ - FOTO

Qusarda Silahlı Qüvvələr Gününə həsr olunmuş ümumrayon tədbiri KEÇİRİLDİ - FOTO

Prezidentin ali rütbə verdiyi Mürsəl İbrahimov kimdir? - DOSYE

Prezidentin ali rütbə verdiyi Mürsəl İbrahimov kimdir? - DOSYE

Tramp MÜQAYİSƏ ETDİ: “Putin daha mürəkkəb insandır” - VİDEO

Tramp MÜQAYİSƏ ETDİ: “Putin daha mürəkkəb insandır” - VİDEO

“Karvan” Fransadan qapıçı TRANSFER ETDİ

“Karvan” Fransadan qapıçı TRANSFER ETDİ

Arzuları nəhayət gerçəkləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?

Arzuları nəhayət gerçəkləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?

Tovuzda qidadan zəhərlənən 14 nəfərin SON VƏZİYYƏTİ

Tovuzda qidadan zəhərlənən 14 nəfərin SON VƏZİYYƏTİ

“Neftçi” paraqvaylı futbolçu ilə razılığa gəldi

“Neftçi” paraqvaylı futbolçu ilə razılığa gəldi

12 nəfər Konqo vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU - FOTO

12 nəfər Konqo vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU - FOTO

Azərbaycanda kütləvi zəhərlənmə oldu - 6-sı uşaqdır

Azərbaycanda kütləvi zəhərlənmə oldu - 6-sı uşaqdır

Mirələm oğullarına TOY EDİR - VİDEO

Mirələm oğullarına TOY EDİR - VİDEO

COP31-ə Türkiyənin namizədliyi İRƏLİ SÜRÜLDÜ

COP31-ə Türkiyənin namizədliyi İRƏLİ SÜRÜLDÜ

Bakı, Gəncə, Xankəndi və Laçında hərbçilərin yürüşləri KEÇİRİLƏCƏK - FOTO

Bakı, Gəncə, Xankəndi və Laçında hərbçilərin yürüşləri KEÇİRİLƏCƏK - FOTO

Azər Qasımlının vəsatəti TƏMİN EDİLMƏDİ

Azər Qasımlının vəsatəti TƏMİN EDİLMƏDİ

Zakir Həsənov ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb - FOTO

Zakir Həsənov ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb - FOTO

“Naxçıvanda açıq hava idman qurğularının sayı artırılır”

“Naxçıvanda açıq hava idman qurğularının sayı artırılır”

Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsini QƏBUL ETDİ - FOTO

Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsini QƏBUL ETDİ - FOTO

End of content

No more pages to load

RADİO