İran parlamentinin üzvləri İslam Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) arasında əməkdaşlığın müvəqqəti dayandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyiblər.
Bizim.Media xəbər verir ki, bu barədə İran parlamentinin rəyasət heyətinin nümayəndəsi Əlirza Səlimi ISNA agentliyinə müsahibəsində deyib.
“İranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlığın dayandırılması ilə bağlı qanun layihəsinin ümumi konturları və təfərrüatları parlament tərəfindən təsdiqlənib. Parlamentin qərarına əsasən, ölkənin nüvə obyektlərinin və dinc nüvə fəaliyyətlərinin təhlükəsizliyi təmin olunmadığı təqdirdə IAEA əməkdaşlarının yoxlamalar aparmaq üçün ölkəyə buraxılmasına icazə verilməyəcək”, - deyə deputat bildirib.
Qanun layihəsi indi İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir.
Bizim.Media