Sverdlovsk vilayət məhkəməsi, URA.RU xəbər portalının redaktoru Denis Allayarovun həbsi ilə bağlı qərar verib. O, həbsdə qalmağa davam edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Xatırladaq ki, iyunun əvvəlində Allayarov barəsində rüşvət vermə ittihamı ilə cinayət işi açılıb. 5 iyun tarixində Yekaterinburqda yerləşən URA.RU redaksiyasında istintaq orqanları tərəfindən axtarışlar aparılıb. Nəticədə, redaksiyanın iki əməkdaşı, o cümlədən redaktor Denis Allayarov saxlanılıb.
Hadisədən sonra xəbər portalının rəhbərliyi məsələ ilə bağlı rəsmi açıqlama verib. Bildirilib ki, istintaq orqanlarını maraqlandıran əsas məsələ, Sverdlovsk vilayətində baş verən kriminal hadisələrlə bağlı informasiyaların mənbəyi olub.
Hazırda Allayarovla bağlı istintaq davam edir və məhkəmə onun həbsi ilə bağlı qərarı dəyişməyib.
Bizim.Media