Fransada DƏHŞƏT: Musiqi Bayramında 145 nəfərə qəfil iynə vurdular - FOTO

Fransanın yay mövsümündə ən çox gözlənilən və sevinclə qarşılanan tədbirlərindən biri olan “Fête de la Musique” (Musiqi Bayramı) bu il ölkə üzrə narahatlıq doğuran hadisələrlə müşayiət olunub. Parisdən Metzgədək bir çox şəhərlərdə iynə ilə hücumların baş verdiyi bildirilib.

Bizim.Media xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ümumilikdə 145 nəfər qəfil inyeksiya hücumuna məruz qalıb.

Polis artıq 12 nəfəri şübhəli şəxs qismində saxlayıb.

Şənbədən bazara keçən gecə baş verən hadisələr ölkə miqyasında şok effekti yaradıb. Yalnız paytaxt Parisdə, küçələrdə “misilsiz izdihamın” müşahidə olunduğu vaxtda, ən azı 13 hücum hadisəsi təsdiqlənib. Rəsmilər bildiriblər ki, hücumlara məruz qalanların bir çoxu qadınlar və azyaşlı qızlardır. Artıq onlar xəstəxanaya yerləşdirilib. Bəzi zərərçəkmişlər dərhal başgicəllənmə, oriyentasiya pozğunluğu və huşun itməsi kimi simptomlar yaşadıqlarını bildiriblər.

Hazırda məlum deyil ki, bu inyeksiyalarda "date rape" (tanışlıq zamanı zorakılıq üçün istifadə edilən) maddələr, məsələn, rohypnol və ya GHB istifadə olunubmu?

Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib: “Nazirlik məsələni son dərəcə ciddi qəbul edir. Toksikoloji testlər aparılır və istintaq davam edir.”

Xüsusilə Mertz şəhərində hücumlar kəskin şəkildə artıb. Burada iki kişi saxlanılıb, 14-20 yaş arasında olan 17 qız hücuma məruz qaldığını bildirib. Mer Fransua Qrosdidyenin sözlərinə görə, təqsirlilərdən biri müşahidə kameraları vasitəsilə müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, bu cür hallar Fransada ilk dəfə deyil. 2022-ci ildə ölkə eyni tip iynə hücumları dalğası ilə üzləşmişdi. Həmin vaxt 400-dən çox qurban qeydə alınmış, onların 80 faizi gənc qadınlar olmuşdu. Hücumların əksəriyyəti klublarda, konsertlərdə və festivallarda baş verib. Hücumların motivləri isə hələ də tam aydın deyil. Bu, sadə xuliqanlıqdan tutmuş mümkün seksual cinayətlərə qədər uzana bilər.

Musiqi festivalı günü ərzində, müxtəlif hüquq pozuntularına görə ümumilikdə 371 nəfər saxlanılıb, onlardan 90-ı Parisdə. Əlavə olaraq, 17 yaşlı bir yeniyetmə qarın nahiyəsindən bıçaqlanmış vəziyyətdə tapılıb və təcili xəstəxanaya çatdırılıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu aromatik bitki 30 dəqiqədən az vaxtda yuxuya getməyə kömək edir

Bu aromatik bitki 30 dəqiqədən az vaxtda yuxuya getməyə kömək edir

RƏSMİ: Mahir Emreli “Kayzerslautern”də

RƏSMİ: Mahir Emreli “Kayzerslautern”də

Qadına qeyri-etik hərəkət edən taksi sürücüsü SAXLANILDI

Qadına qeyri-etik hərəkət edən taksi sürücüsü SAXLANILDI

"Pulum yox idi, 1800 manat qabağa düşdüm"

"Pulum yox idi, 1800 manat qabağa düşdüm"

Neymar Santosda QALACAQ

Neymar Santosda QALACAQ

Babək rayonunun bir sıra kəndlərində qaz olmayacaq

Babək rayonunun bir sıra kəndlərində qaz olmayacaq

Canlı yayımda Xalq artistinin səhhəti PİSLƏŞDİ - VİDEO

Canlı yayımda Xalq artistinin səhhəti PİSLƏŞDİ - VİDEO

Ödənişli yoldakı qəzada həyatını itirən şəxsin kimliyi BİLİNDİ

Ödənişli yoldakı qəzada həyatını itirən şəxsin kimliyi BİLİNDİ

“Sabah”ın rəqibi xorvatiyalı qapıçı TRANSFER ETDİ

“Sabah”ın rəqibi xorvatiyalı qapıçı TRANSFER ETDİ

Ceyranbatanda küçə iti nənə və nəvəyə hücum etdi - ANBAAN VİDEO

Ceyranbatanda küçə iti nənə və nəvəyə hücum etdi - ANBAAN VİDEO

Netanyahu: “İsrail İranla müharibədə tarixi qələbə qazandı”

Netanyahu: “İsrail İranla müharibədə tarixi qələbə qazandı”

Təranənin qızı efirdə AĞLADI - VİDEO

Təranənin qızı efirdə AĞLADI - VİDEO

Dünya Kuboku Azərbaycanda KEÇİRİLƏCƏK

Dünya Kuboku Azərbaycanda KEÇİRİLƏCƏK

Yüksək təzyiqi olanlar YESİN! - İnanılmaz faydaları var

Yüksək təzyiqi olanlar YESİN! - İnanılmaz faydaları var

Bakı-Quba yolunda QƏZA: Sürücü öldü

Bakı-Quba yolunda QƏZA: Sürücü öldü

Ozobiç “Neftçi”dən niyə gedib?

Ozobiç “Neftçi”dən niyə gedib?

İran hava məkanını AÇDI

İran hava məkanını AÇDI

Öz-özünə polkovnik rütbəsi veribmiş - Eks-rəisə 10 il həbs!

Öz-özünə polkovnik rütbəsi veribmiş - Eks-rəisə 10 il həbs!

İran ABŞ və İsrail üzərində "qələbə"sini qeyd edir - VİDEO

İran ABŞ və İsrail üzərində "qələbə"sini qeyd edir - VİDEO

“Azərreyl” kubalı oyunçu TRANSFER ETDİ

“Azərreyl” kubalı oyunçu TRANSFER ETDİ

DİQQƏT: Üç rayonda qaz olmayacaq

DİQQƏT: Üç rayonda qaz olmayacaq

Qusarda İctimai Şuraya seçkilər keçirildi - FOTO

Qusarda İctimai Şuraya seçkilər keçirildi - FOTO

İsrail İran təhlükəsizlik qüvvələrinin rəis müavinini ÖLDÜRDÜ - FOTO

İsrail İran təhlükəsizlik qüvvələrinin rəis müavinini ÖLDÜRDÜ - FOTO

Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda SƏFƏRDƏDİR - FOTO

Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda SƏFƏRDƏDİR - FOTO

End of content

No more pages to load

RADİO