Rusiya Silahlı Qüvvələrinin hərbçiləri Luqansk vilayətinin bütün ərazisi üzərində nəzarəti təmin ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə "Yujnıy rubej" "Telegram" kanalı məlumat yayıb.
"Döyüşçülərimiz Petrovskoye (qəsəbənin ukraynaca adı Qrekovkadır - red.) üzərində nəzarəti təmin ediblər, bununla da Luqansk vilayətinin ələ keçirilməsi prosesini başa çatdırıblar", - deyə məlumatda bildirlib.
"Telegram" kanalı kəndin ərazisinə bayraq qoyulmasını əks etdirən kadrları da paylaşıb.
Bizim.Media