Münaqişə yenidən ALOVLANIR... – Üçüncü Dünya Müharibəsi XƏBƏRDARLIĞI

Təxminən 12 günədək davam edən toqquşmadan sonra bu gün İranla İsrail atəşkəsə razılaşdıqlarını bəyan ediblər. Hər iki tərəf bununla bağlı bəyanat yayıb.

İran tərəfinin yaydığı bəyanatda atəşkəsin bərqərar olması təsdiqlənir və bu atəşkəsin birtərəfli olaraq İsrailə qəbul etdirildiyi qeyd olunur.

İsrail tərəfinin atəşkəslə bağlı bəyanatında isə bildirilib ki, əməliyyat məqsədlərinə nail olduqdan sonra ABŞ prezidenti Donald Trampla tam koordinasiya əsasında İranla ikitərəfli atəşkəsə razılaşıblar.

Lakin atəşkəsdən cəmi üç saat sonra İsrail İranın Hayfa şəhərinə raket hücumu təşkil etdiyini açıqlayıb. İran isə bunu təkzib edib. İsrailin müdafiə naziri İsrael Katz ölkənin Müdafiə ordusuna İrana atəşkəsin pozulmasına görə qətiyyətlə cavab vermək barədə göstəriş verib.

Daha sonra İranın Ali Milli Təhlükəsizlik Şurası İsraillə atəşkəs rejimini təsdiqləmək qərarını açıqlayıb. Şuranın bəyanatında deyilir ki, İsrail və onun tərəfdarlarına qarşı hərbi əməliyyatların dayandırılması rejimini tətbiq edilməsinə dair milli qərar qəbul edilib. Bununla yanaşı, Tehran qarşı tərəfin atəşkəs rejimini pozan istənilən hərəkətinə qarşı qətiyyətli və çəkindirici cavab verməyə hazırdır.

Belə olan halda, Yaxın Şərqdə proseslər necə cərəyan edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, atəşkəsin elan olunması dərinləşmiş ziddiyyətlərin həlli anlamına gəlmir:

“İran bu toqquşmada hərbi gücünü nümayiş etdirməklə yanaşı, daxili ictimaiyyətdə milli birliyi gücləndirməyə çalışdı. İsrail isə hava hücumundan müdafiə sistemlərinin effektivliyini və diplomatik dəstəyini sübut etdi. Hər iki tərəf üçün bu münaqişə həm bir güc nümayişi, həm də diplomatik fürsət oldu”.

Ekspert qeyd edir ki, Üçüncü Dünya Müharibəsi real təhlükə olaraq qalır, lakin hazırkı mərhələdə daha çox "geosiyasi şahmat oyunu" gedir:

“ABŞ-Çin rəqabəti artıq yalnız ticarət masasında deyil, Yaxın Şərqdəki hadisələrin arxasında da hiss olunur. Yaxın Şərqdə son gərginlik beynəlxalq ictimaiyyəti bir neçə günlüyə üçüncü dünya müharibəsinin astanasına sürüklədi.

Lakin regional güclər və qlobal oyunçular, xüsusilə ABŞ və Çin genişmiqyaslı toqquşmadan yayınmaq üçün təmkin nümayiş etdirdilər. ABŞ burada bir balans siyasəti apardı – həm İsraili dəstəklədi, həm də İranla uzunmüddətli hərbi qarşıdurmadan qaçdı. Bu, Vaşinqtonun Yaxın Şərqdəki maraqlarını qorumağa çalışarkən Çinlə olan iqtisadi və texnoloji müharibəni arxa plana atmamaq cəhdidir”.

Həmsöhbətimizin fikrincə, əldə olunan atəşkəs böyük güclərin lokal münaqişələri necə idarə etdiyini göstərdi:

“Bu hadisə gələcəkdə beynəlxalq hüququn deyil, güc balansının sabitliyi təmin etdiyini bir daha sübut etdi. İran və İsrail arasındakı bu epizod yeni soyuq müharibə cəbhələrinin formalaşmasının göstəricisidir”.

T. İsmayılov düşünür ki, qısamüddətli qazanc kimi görünən sabitlik əslində uzunmüddətli qeyri-müəyyənliyin başqa bir adıdır:

“Diplomatik kanalların aktivləşməsi isə gərginliyin tam yox, sadəcə ertələndiyini göstərir. Dünyanın təhlükəsizlik arxitekturası dəyişmək üzrədir və belə münaqişələr bu dəyişimin səhnə arxası repetisiyalarına çevrilir. Hazırkı dünya düzənində atəşkəs–sülh yox, sadəcə fasilədir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

RƏSMİ: Mahir Emreli “Kayzerslautern”də

RƏSMİ: Mahir Emreli “Kayzerslautern”də

Qadına qeyri-etik hərəkət edən taksi sürücüsü SAXLANILDI

Qadına qeyri-etik hərəkət edən taksi sürücüsü SAXLANILDI

"Pulum yox idi, 1800 manat qabağa düşdüm"

"Pulum yox idi, 1800 manat qabağa düşdüm"

Neymar Santosda QALACAQ

Neymar Santosda QALACAQ

Babək rayonunun bir sıra kəndlərində qaz olmayacaq

Babək rayonunun bir sıra kəndlərində qaz olmayacaq

Canlı yayımda Xalq artistinin səhhəti PİSLƏŞDİ - VİDEO

Canlı yayımda Xalq artistinin səhhəti PİSLƏŞDİ - VİDEO

Ödənişli yoldakı qəzada həyatını itirən şəxsin kimliyi BİLİNDİ

Ödənişli yoldakı qəzada həyatını itirən şəxsin kimliyi BİLİNDİ

“Sabah”ın rəqibi xorvatiyalı qapıçı TRANSFER ETDİ

“Sabah”ın rəqibi xorvatiyalı qapıçı TRANSFER ETDİ

Ceyranbatanda küçə iti nənə və nəvəyə hücum etdi - ANBAAN VİDEO

Ceyranbatanda küçə iti nənə və nəvəyə hücum etdi - ANBAAN VİDEO

Netanyahu: “İsrail İranla müharibədə tarixi qələbə qazandı”

Netanyahu: “İsrail İranla müharibədə tarixi qələbə qazandı”

Təranənin qızı efirdə AĞLADI - VİDEO

Təranənin qızı efirdə AĞLADI - VİDEO

Dünya Kuboku Azərbaycanda KEÇİRİLƏCƏK

Dünya Kuboku Azərbaycanda KEÇİRİLƏCƏK

Yüksək təzyiqi olanlar YESİN! - İnanılmaz faydaları var

Yüksək təzyiqi olanlar YESİN! - İnanılmaz faydaları var

Bakı-Quba yolunda QƏZA: Sürücü öldü

Bakı-Quba yolunda QƏZA: Sürücü öldü

Ozobiç “Neftçi”dən niyə gedib?

Ozobiç “Neftçi”dən niyə gedib?

İran hava məkanını AÇDI

İran hava məkanını AÇDI

Öz-özünə polkovnik rütbəsi veribmiş - Eks-rəisə 10 il həbs!

Öz-özünə polkovnik rütbəsi veribmiş - Eks-rəisə 10 il həbs!

İran ABŞ və İsrail üzərində "qələbə"sini qeyd edir - VİDEO

İran ABŞ və İsrail üzərində "qələbə"sini qeyd edir - VİDEO

“Azərreyl” kubalı oyunçu TRANSFER ETDİ

“Azərreyl” kubalı oyunçu TRANSFER ETDİ

DİQQƏT: Üç rayonda qaz olmayacaq

DİQQƏT: Üç rayonda qaz olmayacaq

Qusarda İctimai Şuraya seçkilər keçirildi - FOTO

Qusarda İctimai Şuraya seçkilər keçirildi - FOTO

İsrail İran təhlükəsizlik qüvvələrinin rəis müavinini ÖLDÜRDÜ - FOTO

İsrail İran təhlükəsizlik qüvvələrinin rəis müavinini ÖLDÜRDÜ - FOTO

Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda SƏFƏRDƏDİR - FOTO

Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda SƏFƏRDƏDİR - FOTO

Şəbnəm və Nazənin “Lotu Quli”nin bacısının ad günündə - VİDEO

Şəbnəm və Nazənin “Lotu Quli”nin bacısının ad günündə - VİDEO

End of content

No more pages to load

RADİO