İranın nüvə bazası, yoxsa kartof anbarı vurulub?! – SENSASİON DETALLAR

Bu gün səhər saatlarında bütün dünya İsrail və İran arasında atəşkəs başladığı xəbərini aldı. Bu barədə hər iki ölkənin rəsmi dövlət telekanalları məlumat yayıb. İran mediasının məlumatına görə, raket buraxılışlarının son dalğası Bakı vaxtı ilə saat 08:00-dək baş verib.

Qeyd edək ki, gecə saatlarında ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin əldə olunduğu ilə bağlı məlumat yayıb. 

Sülh prosesinin əsas vasitəçisi Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani olub.

ABŞ Prezidenti Donald Tramp“Truth” sosial hesabında İsrail və İran arasında atəşkəsin artıq qüvvədə olduğunu deyib və hər iki tərəfi buna əməl etməyə çağırıb:

"Atəşkəs artıq qüvvədədir. Xahiş edirəm, onu pozmayın!”.

Qəribədir ki, rəsmi açıqlamalardan az sonra İsraillə İran arasında bir neçə saat əvvəl əldə olunan atəşkəs pozulub. Belə ki, İrandan İsrailin Hayfa şəhərinə doğru raket atılıb.

Bunun ardınca İsrailin müdafiə naziri İsrael Katz ölkənin Müdafiə ordusuna İrana atəşkəsin pozulmasına görə qətiyyətlə cavab vermək barədə göstəriş verib:

“İsrailin Müdafiə ordusuna İran tərəfindən atəşkəsin pozulmasına görə Tehranın mərkəzində rejimin hədəflərinə güclü zərbələr endirməklə cavab vermək göstərişi verdim”.

ABŞ-dan isə hələlik səs yoxdur. Lakin bütün hallarda Ağ Ev vəziyyətdən xəbərdardır. Yəqin ki, qəfil ortaya atılan atəşkəs ideyası hər üç tərəfin maraqlarını tam ifadə etmir. Üstəlik, ilkin şərtlər olmadan atəşkəs elan edilməsinə tərəflər məntiqi izah tapa bilməyiblər. Ona görə də atəşkəs pozulub.

Bir medalın iki üzü

Dəfələrlə qeyd etmişik ki, İsrail və İran eyni qapıya oynayır. Oyunu isə ABŞ idarə edir. Ona görə də İsraillə İran arasından uzunmüddətli müharibə heç vaxt real görünmür. Bu cür təxribatçı addımlarda müəyyən hədəflər, məqsədlər olur. Son hadisələrin də müəyyən  məqsədi var idi. Amma hələ ki, ABŞ əsl hədəfdən yayınıb, müxtəlif versiyalar irəli sürür.

ABŞ və İsrail müharibənin başlamasının əsas səbəbi kimi İranın nüvə silahına sahib olmasının qarşısını almağı göstərdi.

12 günlük münaqişədən sonra problem həll edildimi? İran uranı zənginləşdirməkdən əl çəkdimi?
 

Bu suallar hələ ki, açıq qalır. Üstəlik, bir neçə gün əvvəl ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirdiyini bəyan etdi. ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri İrandakı üç nüvə obyektinə zərbə endirib:


“İrandakı Fordo, Nətənz və İsfahan daxil olmaqla üç nüvə obyektinə uğurlu hücum tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik”.

Nəzərə alaq ki, nüvə obyektinə açıq zərbələr endirmək olduqca təhlükəlidir. Çünki, zənginləşdirilmiş uran partlayışa çox həssasdır. Üstəlik, partlayış zamanı ətrafa böyük ölçüdə öldürücü radiasiya yayılır. Amma nədənsə Fordo, Nətənz və İsfahan daxil olmaqla üç nüvə obyektinə edilən raket zərbəsindən sonra heç bir partlayış və fəsad olmadı.

Sanki Amerika İranın nüvə obyektini yox, kartof anbarını məhv edib. Maraqlıdır ki, rəsmi Tehran da bu “dəhşətli hücum” barədə çox danışmadı. Halbuki, bu hücum İran üçün qarşısı alınmaz faciə olmalı idi.

Amma heç nə olmadı...

Bu da o deməkdir ki, ABŞ və İsrail İranın nüvə obyektlərini yox, boş anbarları vurub. Əsas hədəfsə gizlədilib.

ABŞ və İsrailin ikinci iddiası ondan ibarət idi ki, İranda mövcud rejim dəyişməlidir. Hətta İranın dini lideri Xameneinin fiziki cəhətdən məhv ediləcəyi açıq şəkildə deyilirdi. Amma nə rejim dəyişdi, nə də ki, Xamenei öldürüldü.

Yəni ABŞ və İsrailin bəyan etdiyi 2 iddianın heç biri hələki reallaşmayıb. Belə olan təqdirdə atəşkəsin əldə olunduğu iddiası heç kimə inandırıcı gəlmir. Ona görə də qısa zaman ərzində silahlar yenə “danışmağa” başladı. Deməli, hədəfə tam nail olunmayıb.

Bəs hədəf nədir?

İndiki vəziyyətdə ortaya iki ehtimal çıxır. Birinci ehtimal odur ki, İranın rəsmi dairələrində “sözə baxmayan”  qrup formalaşıb. Həmin qrup İranın İsrail və ABŞ-la işbirliyinə əngəl olur. Nəzərə alaq ki, son raket zərbələri zamanı xeyli general məhv edildi. Çox güman ki, raket hücumları zamanı “üsyankar qanad” tam məhv edilməyib. Ona görə də atəşkəs yenidən pozuldu.

İkinci ehtimal odur ki, İsrail və İran ABŞ-n göstərişi ilə münaqişəsi hesabına hansısa ölkəni müharibə bataqlığına çəkmək istəyir. Hələlik bu istək alınmayıb. Heç bir bölgə ölkəsi birmənalı şəkildə hansısa tərəfi dəstəkləmədi və münaqişəyə qoşulmaq istəmir. Hətta Dəməşqdə partladılan kilsədən və İranın ABŞ-ın Suriyadakı hərbi bazalarına edilən  hücumlar da effektiv olmadı. Suriyanın yeni hökuməti bu təxribatlara soyuqqanlı yanaşır.

Ona görə də qarşıdurma dayandırıla bilməz. Baxmayaraq ki,  bu münaqişə tərəflərə hər gün 350-400 milyon dollar ziyan vurur. Bütün zərərlərə rəğmən nəticə hasil olmayıb. Məhz bu səbəbdən davamlı atəşkəsdən danışmaq tezdir. Amma münaqişənin daha da intensivləşəcəyini proqnozlaşdırmaq da hələlik mümkün görünmür...

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran hava məkanını AÇDI

İran hava məkanını AÇDI

Öz-özünə polkovnik rütbəsi veribmiş - Eks-rəisə 10 il həbs!

Öz-özünə polkovnik rütbəsi veribmiş - Eks-rəisə 10 il həbs!

İran ABŞ və İsrail üzərində "qələbə"sini qeyd edir - VİDEO

İran ABŞ və İsrail üzərində "qələbə"sini qeyd edir - VİDEO

“Azərreyl” kubalı oyunçu TRANSFER ETDİ

“Azərreyl” kubalı oyunçu TRANSFER ETDİ

DİQQƏT: Üç rayonda qaz olmayacaq

DİQQƏT: Üç rayonda qaz olmayacaq

Qusarda İctimai Şuraya seçkilər keçirildi - FOTO

Qusarda İctimai Şuraya seçkilər keçirildi - FOTO

İsrail İran təhlükəsizlik qüvvələrinin rəis müavinini ÖLDÜRDÜ - FOTO

İsrail İran təhlükəsizlik qüvvələrinin rəis müavinini ÖLDÜRDÜ - FOTO

Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda SƏFƏRDƏDİR - FOTO

Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda SƏFƏRDƏDİR - FOTO

Şəbnəm və Nazənin “Lotu Quli”nin bacısının ad günündə - VİDEO

Şəbnəm və Nazənin “Lotu Quli”nin bacısının ad günündə - VİDEO

Almaniya klubunun yeni baş məşqçisi AÇIQLANDI

Almaniya klubunun yeni baş məşqçisi AÇIQLANDI

“Həkimə SMS yazmağa belə qorxuram” – Rövşanədən QALMAQALLI AÇIQLAMA

“Həkimə SMS yazmağa belə qorxuram” – Rövşanədən QALMAQALLI AÇIQLAMA

Bu gün 5 945 müəllim imtahan VERDİ

Bu gün 5 945 müəllim imtahan VERDİ

Həyatınızı dəyişəcək karyera UĞURU: Bu bürclərin cekpotu vurmaq şansı var

Həyatınızı dəyişəcək karyera UĞURU: Bu bürclərin cekpotu vurmaq şansı var

Rusiya-Ukrayna arasında danışıqların üçüncü raundu BU TARİXDƏ keçiriləcək

Rusiya-Ukrayna arasında danışıqların üçüncü raundu BU TARİXDƏ keçiriləcək

Biləsuvar qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ

Biləsuvar qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ

Baş nazir İqtisadi Şuranı toplayıb yeni tapşırıqlar verdi - FOTO

Baş nazir İqtisadi Şuranı toplayıb yeni tapşırıqlar verdi - FOTO

Tramp Nobel Sülh Mükafatına namizəd GÖSTƏRİLDİ - FOTO

Tramp Nobel Sülh Mükafatına namizəd GÖSTƏRİLDİ - FOTO

İran məhsullarına alternativ gəlir – Özbəkistan vitrinləri boş qoymayacaq

İran məhsullarına alternativ gəlir – Özbəkistan vitrinləri boş qoymayacaq

Qurban Qurbanov: “Danışıqlar istədiyimiz kimi getmir”

Qurban Qurbanov: “Danışıqlar istədiyimiz kimi getmir”

Azərbaycanda 3 faydalı qazıntı yatağı hərraca ÇIXARILIR

Azərbaycanda 3 faydalı qazıntı yatağı hərraca ÇIXARILIR

Bakıda pişik və itə qarşı amansız rəftar: Polis araşdırma APARIR - VİDEO

Bakıda pişik və itə qarşı amansız rəftar: Polis araşdırma APARIR - VİDEO

Rəqsanə DİQQƏT ÇƏKDİ: “O Xalq artisti hər şeyi danışacaq” - VİDEO

Rəqsanə DİQQƏT ÇƏKDİ: “O Xalq artisti hər şeyi danışacaq” - VİDEO

Zelenski Haaqa məhkəməsinin iclasında Putini HƏDƏLƏDİ - VİDEO

Zelenski Haaqa məhkəməsinin iclasında Putini HƏDƏLƏDİ - VİDEO

“Sabah” daha bir futbolçu ilə yollarını ayırdı

“Sabah” daha bir futbolçu ilə yollarını ayırdı

End of content

No more pages to load

RADİO