Xəbər verdiyimiz kimi, İran İsrail ərazisinə yeni raket hücumu edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katz ölkənin Müdafiə ordusuna İrana atəşkəsin pozulmasına görə qətiyyətlə cavab vermək barədə göstəriş verib.
“İsrailin Müdafiə ordusuna İran tərəfindən atəşkəsin pozulmasına görə Tehranın mərkəzində rejimin hədəflərinə güclü zərbələr endirməklə cavab vermək göstərişi verdim”, - deyə israilli nazir qeyd edib.
Qeyd edək ki, bir neçə saat əvvəl ABŞ Prezidenti Donald Tramp tərəfindən atəşkəs elan olunduqdan sonra İran yenidən İsrailə raket zərbələri endirib.
Bizim.Media