İranın müdafiə naziri Əmir Hatəmi ilə rusiyalı həmkarı Andrey Belousovla telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə İranın Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya tərəfinin diqqətinə Tehranın İran ərazisinə zərbələr endirənləri bütün vasitələrlə cəzalandırmaqda qərarlı olduğu bildirilib.
Hatəmi bildirib ki, İran təkcə İsrailə qarşı deyil, həm də ABŞ və bu rejimin bütün tərəfdarlarına qarşı mübarizə aparır: "Bizim qərarımız təcavüzkarı bütün vasitələrlə cəzalandırmaqdır və biz zorla qəbul etdirilən sülhü qəbul etməyəcəyik".
Bizim.Media