ABŞ-ın İranın dinc nüvə obyektlərinə hücumuna cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu Qətərdə yerləşən Əl-Üdeyd aviabazasına – Amerikanın Qərbi Asiyadakı ən böyük hərbi bazasına güclü raket zərbəsi endirdiyini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bununla bağlı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.
Qeyd edilib ki, “Bəşarət əl-Fəth” əməliyyatı çərçivəsində həyata keçirilən bu cavab hücumu İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib və “Hatəm əl-Ənbiya” Mərkəzi Komandanlığı tərəfindən idarə olunub:
““Vurub qaçmaq” dövrü artıq başa çatıb – təkrar hücumlar ABŞ-ın Qərbi Asiyadakı mövcudluğunun süqutunu sürətləndirəcək.
Gələcək hücumlar regionda həm ABŞ-ın hərbi infrastrukturunun, həm də sionist rejimin süqutuna səbəb ola bilər”.
Bizim.Media