Türkiyənin Aralıq dənizi sahillərində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Mərsin vilayətinin Silifke rayonundan təxminən 172 kilometr uzaqlıqda baş verib. Zəlzələ ocağı yerin 8,99 kilometr dərinliyində yerləşib.
Dağıntı və insan tələfatı qeydə alınmayıb.
Bizim.Media