İran ABŞ-ın Suriyadakı hərbi bazasına minaatanlardan hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, hücumun hədəfi Suriyanın Həsəkə əyalətinin Kasruk bölgəsindəki ABŞ hərbi bazası olub.
Xatırladaq ki, iyunun 22-də gecə saatlarında ABŞ hərbi hava qüvvələri İranın nüvə obyektlərinə zərbələr endirib.
Trampın sözlərinə görə, İranın nüvə proqramı hücum nəticəsində məhv edilib. İran rəsmiləri buna qarşı cavab tədbirlərinin görüləcəyini elan etmişdilər.
Bizim.Media