İran məhkəmə orqanlarının qərarı ilə Məhəmməd Əmin Məhdəvi Şayəstə adlı şəxs edam olunub.
Bizim.Media xəbər verir ki, o, İsrailin kəşfiyyat xidməti “Mossad”ın tapşırığı ilə İranda kiberşəbəkəyə rəhbərlik etməkdə ittiham olunurdu.
Rəsmi məlumatlara görə, Şayəstə ölkə daxilində kiberfəzada casusluq fəaliyyəti göstərib, İranın milli təhlükəsizliyinə qarşı fəaliyyətlərdə iştirak edib və bu səbəbdən asılma yolu ilə ölüm cəzasına məhkum olunub.
İran məhkəməsi onun işi üzrə araşdırmaların tamamlandığını və hökmün hüquqi prosedurlara uyğun olaraq icra edildiyini bildirib.
Bu hadisə İran və İsrail arasında artmaqda olan gərginliyin fonunda baş verir və Tehran tərəfindən İsrailə qarşı göstərilən sərt mövqeyin davamı kimi qiymətləndirilir.
Bizim.Media