ABŞ prezidenti Donald Tramp İrana qarşı hava zərbələrinin həyata keçirilməsini Nyu-Cersi ştatındakı şəxsi qolf-klubunda olarkən təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb və qərarın qəbul olunmasının mərhələli xronologiyasını təqdim edib:
▪️ Bazar ertəsi – Kanadada keçirilən G7 sammiti zamanı Tramp Pentaqona əməliyyatın hazırlanması ilə bağlı ilkin göstəriş verir.
▪️ Çərşənbə axşamı – ABŞ Milli Təhlükəsizlik Şurası ilə görüş keçirilir, burada istifadə olunacaq silah növləri və risklər müzakirə olunur.
▪️ Cümə günü – Bombardmançıların havaya qalxması üçün “yaşıl işıq” verilir.
▪️ Cümə axşamı – Tramp tərəfdarları ilə nahara hazırlaşdığı vaxtda B-2 bombardmançı təyyarələri Missuri ştatındakı bazadan havaya qalxır.
▪️ Şənbə günü – Trampa təyyarələrin “geri dönüş mümkün olmayan nöqtəyə” yaxınlaşdığı barədə məlumat verilir. O, zərbə əmri verdikdən sonra Ağ Evə yollanaraq əməliyyatı izləyir.
CNN bildirir ki, Tramp ictimaiyyət qarşısında bu qərarla bağlı heç bir gərginlik əlaməti göstərməyib.
Təyyarələr havada olduğu müddətdə o, qolf-klubda sakitcə gəzintiyə çıxır və OpenAI şirkətinin baş direktoru Sem Altmanla birlikdə görünür. Bu zaman zarafatla deyir: “Ümid edirəm, o, süni intellekt ilə bağlı tamamilə haqlıdır.”
Zərbədən bir gün sonra Tramp artıq Ağ Evin altında yerləşən situasiya mərkəzində olur. O, başında “Amerikanı yenidən möhtəşəm edək” şüarı yazılmış qırmızı papaqla “Midnight Hammer” (Gecəyarısı çəkici) kod adlı əməliyyatı şəxsən izləyir.
Bizim.Media