Ukrayna Prezidentinin tapşırığına əsasən, Yaxın Şərqdəki qarşıdurmalar fonunda indiyədək İsraildən Misirə 176 nəfər təxliyə edilib, aralarında azərbaycanlılar da var.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Məlumata görə, ölkənin Baş Kəşfiyyat İdarəsi yüksək riskli ərazilərdən Ukrayna və tərəfdaş ölkələrin vətəndaşlarından ibarət qrupların təxliyəsini həyata keçirib:
“Onların arasında Ukrayna, Moldova, Latviya, Azərbaycan, Estoniya və ABŞ vətəndaşları var.
İrandan Azərbaycana təxliyə də davam edir. Ukrayna və tərəfdaş ölkələrin vətəndaşlarına lazımı müdafiə və yardım göstərmək üçün əlindən gələni edəcək”.
Bizim.Media