Belaruslu müxalifətçi və Svetlana Tixanovskayanın həyat yoldaşı Sergey Tixanovski azadlığa buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Naşa Niva" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, bu, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloqun Minskə səfəri sayəsində mümkün olub.
Tixanovski 2020-ci il seçkiləri ərəfəsində həbs edilmişdi. Həmin seçkilərdən sonra Belarusda etirazlar və iğtişaşlar başlamışdı.
Bizim.Media