“Polşa Rusiya ilə müharibə olacağı təqdirdə muzeyləri təxliyə etməyin yollarını axtarır”.
Bizim.Media xəbər verir ki, bu barədə Polşa Mədəniyyət Naziri Hanna Vroblevskaya “Financial Times”a açıqlamasında bildirib.
"Bütün inventar kitablarını evakuasiya etmək lazımdır ki, bu da bizə bu əsərlərə sahib olmaq hüququnu sübut etməyə imkan verəcək" dedi.
Onun sözlərinə görə, hazırda Polşa hakimiyyəti 160 qurumdan ən qiymətli sənət əsərlərinin təxliyəsi üçün digər ölkələrin nümayəndələri ilə danışıqlar aparır.
Muzeylərin təxliyəsi qarşıdurmaya hazırlaşmaq üçün daha geniş tədbirlər kompleksinin, o cümlədən sərhəd təhlükəsizliyinin gücləndirilməsi və Polşa qoşunlarının sayının 500 min nəfərə çatdırılması çərçivəsində həyata keçirilir.
Xatırrladaq ki, bundan əvvəl Ukrayna mətbuatı Polşanın Rusiya ilə müharibəyə intensiv hazırlaşdığını yazmışdı.
Şəfiqə Şəfa, Bizim.Media