İran və Avropa ölkələri bu gün Cenevrədə aparılan danışıqlarda hərbi əməliyyatların dayandırılmasına səbəb ola biləcək hər hansı irəliləyiş əldə edə bilməyiblər.
Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Təfərrüatlara görə, İngiltərə, Fransa və Almaniya İrandan öz ərazisində uranın zənginləşdirilməsini tamamilə dayandırmağı tələb etmək üçün ABŞ-a qoşulub, lakin Tehran bunu qəti şəkildə rədd edib.
Bizim.Media