İranın şimalında Semnan şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 124 min nəfər əhalisi olan Semnan şəhərindən 36 km şimal-qərbdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Bizim.Media