İstanbulda keçirilən görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə Ermənistan arasındakı təmasları, eləcə də Cənubi Qafqazda sülh və dialoq məsələlərini müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Türkiyə Prezidenti Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları zamanı əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıb.
Ərdoğan qeyd edib ki, Türkiyə qarşılıqlı faydaya əsaslanan yanaşma ilə regionun inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcək.
Bizim.Media