İsveçrənin İrandakı diplomatik korpusu Bakıya təxliyə edildi.
Bizim.Media xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"İrandakı səfirliyin bütün əməkdaşları təxliyə olunub. Onlar yalnız vəziyyət sabitləşəcəyi təqdirdə yenidən İrana qayıdacaqlar. Biz tərəfləri vəziyyətin sabitləşdirilməsi məqsədilə dialoqa çağırırıq", – deyə İsveçrə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
İsveçrənin xarici işlər naziri İqnasio Kassis dəqiqləşdirib ki, bəzi əməkdaşlar səfir ilə birlikdə bir müddət əvvəl Tehrandan ayrılaraq Azərbaycana gəliblər: "Onların ardınca daha bir qrup şəxs Bakıya təxliyə edilib. Gözlənilir ki, bu şəxslər yaxın zamanda İsveçrəyə yola düşəcəklər”.
Bizim.Media