“İsrail müharibəni dayandırmasa, cavabımız sərt olacaq”.
Bizim.Media xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb.
O qeyd edib ki, İran həmişə sülh və sakitliyə can atıb:
“Ancaq indiki şəraitdə müharibəyə son qoymağın yeganə yolu hücumun dərhal dayandırılması və “sionist terrorçuların” əməllərinə son qoyulmasının təmin edilməsidir. Əks halda İranın cavabı sərt olacaq”, - deyə, Pezeşkian vurğulayıb.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb.
İslam Respublikası buna cavab olaraq İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib.
Tərəflər sonrakı günlərdə də bir-birilərinə qarşılıqlı hücumlar təşkil ediblər. Hücumlar nəticəsində hər iki tərəfdən çox sayda ölən və yaralıların olduğu, eyni zamanda dağıntıların qeydə alındığı bildirilib.
Bizim.Media