İran Silahlı Qüvvələri İsrailin Hayfa və Təl-Əvivdəki hərbi hədəfləri və hərbi sənaye mərkəzlərini vurub.
Bizim.Media xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
"İran 100-dən çox PUA-dan istifadə etməklə əməliyyatı davam etdirir və İsrailin hərbi obyektlərinə və hərbi sənayesinə qarşı raket əməliyyatlarını artırmaq niyyətindədir", - məlumatda qeyd edilib.
Bizim.Media