İsrailin müdafiə naziri İsrael Katz deyib ki, Tehrana qarşı əməliyyatın məqsədlərindən biri İranın ali lideri Əli Xameneini məhv etməkdir.
Bizim.Media “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə Katz jurnalistlərə açıqlamaasında deyib.
Katz Xameneini “müasir Hitler” adlandırıb:
"İranı idarə edən və öz bayrağına İsrailin məhvini yazan Xamenei kimi diktator yaşamağa davam edə bilməz".
Qeyd edək ki, iyunun 17-də İsrail Müdafiə Nazirliyinin rəhbəri artıq Xamneyinin mümkün aradan götürülməsindən danışıb. Həmin vaxt o, İranın ali liderinin İraq diktatoru, rejimi devrildikdən sonra edam olunan Səddam Hüseynin taleyini bölüşə biləcəyini demişdi.
Bizim.Media