İsrail Müdafiə Qüvvələri İranın Ərak bölgəsində yerləşən aktiv olmayan bir nüvə reaktoruna hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının İnformasiya Mərkəzi məlumat yayıb.
“İsrail səhər saatlarında Ərak Ağır Su Nüvə Zavoduna zərbələr endirib. Əvvəlcədən görülən təhlükəsizlik tədbirləri sayəsində obyektin ətrafında yerli əhali üçün heç bir risk və zərər yoxdur” – deyə məlumatda qeyd olunub.
Bizim.Media