“SpaceX” şirkətinin “Starship 36” raketi Texas ştatındakı Starbase poliqonunda keçirilən sınaqlar zamanı partlayıb.
Bizim.Media xəbər verir ki, hadisə raketin buraxılış sınağı zamanı baş verib.
Şirkət nümayəndələrinin verdiyi açıqlamaya görə, raketin sınağı zamanı ciddi problem meydana çıxıb və bu, onun məhv olmasına səbəb olub.
“SpaceX” baş verən insidentin səbəblərini araşdıracağını və növbəti sınaqlarda bu cür texniki nasazlıqların qarşısını almaq üçün bütün lazımi tədbirlərin görüləcəyini bildirib.
Qeyd edək ki, “Starship” İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkətinin gələcək Mars missiyaları və Ay proqramı üçün nəzərdə tutulmuş, yenidən istifadə oluna bilən super-ağır daşıyıcı raketidir. Bu layihə həm də NASA-nın “Artemis” proqramı çərçivəsində Ay səthinə astronavtların endirilməsi üçün əsas platforma hesab olunur.
Bizim.Media