Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri gecə ərzində ölkə ərazisində Ukraynaya məxsus 48 pilotsuz uçuş aparatını (PUA) vuraraq məhv edib.
Bizim.Media xəbər verir ki, rəsmi açıqlamada bildirilir:
“18 iyun gecəsi ərzində növbətçi hava hücumundan müdafiə vasitələri tərəfindən təyyarə tipli 48 Ukrayna pilotsuz uçuş aparatı vurulub və məhv edilib: 14-ü Bryansk vilayəti, 11-i Kursk vilayəti, 10-u Oryol vilayəti, 5-i Belqorod vilayəti, 3-ü Tula vilayəti, hər birində 2 olmaqla Kaluqa vilayəti və Moskva regionu üzərində, 1-i isə Lipetsk vilayəti üzərində”.
Rusiya Müdafiə Nazirliyi qeyd edir ki, hava məkanının müdafiəsi məqsədilə bütün zəruri tədbirlər görülüb.
Bizim.Media