İsrail İrana qarşı sürpiz hazırlayır – 2 GÜN QALDI...

İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter bildirib ki, İsrail hökuməti İrana qarşı yeni və daha mürəkkəb bir hərbi əməliyyata hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə o, ABŞ-ın “Merit Street” telekanalına açıqlama verib.

Leyterin sözlərinə görə, bu yeni əməliyyat, 2024-cü ildə Livanda “Hizbullah” təşkilatının üzvlərinə qarşı həyata keçirilən “peycer hücumu” ilə müqayisədə “demək olar ki, sadə görünəcək”:

“Biz bir neçə sürpriz hazırlamışıq. Toz-duman çəkiləndə, cümə axşamı və ya cümə günü siz bu sürprizlərin şahidi olacaqsınız”.



Xatırladaq ki, 2024-cü ilin 17 və 18 sentyabr tarixlərində Livanın müxtəlif bölgələrində, əsasən Hizbullah üzvlərinə aid olan əlaqə qurğuları – peycerlər və rabitə radioları partladılmışdı. Həmin hücumlar nəticəsində 37 nəfər həlak olmuş, 3000-dən çox insan yaralanmışdı.

Livandakı rəsmi mənbələr və “Hizbullah” təşkilatı bu əməliyyatın arxasında İsrail xüsusi xidmət orqanlarının dayandığını bildirmişdi. Daha sonra İsrail rəsmiləri bu əməliyyatı dolayısı ilə təsdiqləmişdilər.
 

Qeyd edək ki, İsrail 13 iyun gecəsi İrana qarşı “Qalxan Şir” (Rising Lion) adlı hərbi əməliyyata start verib. Əməliyyatın əsas məqsədi İranın nüvə proqramına zərbə vurmaq olub. Bu addıma cavab olaraq İran 24 saat keçməmiş əks-hücum həyata keçirib.


Sonrakı günlərdə tərəflər arasında raket və dron zərbələrinin qarşılıqlı mübadiləsi davam edib. Hər iki ölkə ölüm və yaralıların olduğunu etiraf edib, bəzi hərbi və mülki obyektlərin zərbə aldığını, lakin ümumi ziyanın məhdud olduğunu bəyan ediblər.

Yeri gəlmişkən, İsrail səfirinin “yeni sürprizlər” haqda danışması bölgədə vəziyyətin daha da gərginləşəcəyinə işarə edir. Analitiklər ehtimal edirlər ki, İsrail tərəfindən planlaşdırılan yeni əməliyyatlar, sadəcə İrana deyil, İranın regional tərəfdaşlarına – xüsusilə də “Hizbullah”a və digər şiə hərəkatlarına qarşı da yönəldilə bilər.

Yaxın Şərqdə sülh çağırışları fonunda verilən bu bəyanatlar, təhlükəli bir eskalasiya ehtimalını daha da artırır. Hazırda beynəlxalq ictimaiyyət baş verənləri yüksək diqqətlə izləyir və tərəfləri təmkinə dəvət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Daha bir cüdoçumuz dünya çempionatında bürünc medal QAZANDI

Daha bir cüdoçumuz dünya çempionatında bürünc medal QAZANDI

“Bozbash Pictures”in rejissorunun “oğlan toyu” OLDU - VİDEO

“Bozbash Pictures”in rejissorunun “oğlan toyu” OLDU - VİDEO

2025-ci ilin dövlət büdcəsinə dəyişiklik ediləcək? – Deputatdan AÇIQLAMA

2025-ci ilin dövlət büdcəsinə dəyişiklik ediləcək? – Deputatdan AÇIQLAMA

SON DƏQİQƏ: İranın sabiq prezidenti Mahmud Əhmədinejat öldürüldü

SON DƏQİQƏ: İranın sabiq prezidenti Mahmud Əhmədinejat öldürüldü

Şəmkirdə yeniyetmə 5-ci mərtəbədən YIXILDI

Şəmkirdə yeniyetmə 5-ci mərtəbədən YIXILDI

“ABŞ İranın hava məkanına nəzarət edir” - Tramp

“ABŞ İranın hava məkanına nəzarət edir” - Tramp

Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb - FOTO

Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb - FOTO

“Sabah” qazaxıstanlı qapıçıya yeni müqavilə TƏKLİF ETDİ

“Sabah” qazaxıstanlı qapıçıya yeni müqavilə TƏKLİF ETDİ

BQXK-nın ölkəmizdəki nümayəndəliyi fəaliyyətini yaxın vaxtlarda dayandıracaq - Lakin…

BQXK-nın ölkəmizdəki nümayəndəliyi fəaliyyətini yaxın vaxtlarda dayandıracaq - Lakin…

Türkiyədə ZƏLZƏLƏ OLDU

Türkiyədə ZƏLZƏLƏ OLDU

İrandan növbəti antiazərbaycan isterikası...

İrandan növbəti antiazərbaycan isterikası...

İsrail İranın milli radio mərkəzini hədəfə aldı - VİDEO

İsrail İranın milli radio mərkəzini hədəfə aldı - VİDEO

“TikTok”da yatırım adı ilə vətəndaşların pulunu ələ keçirən şəxs SAXLANILDI - VİDEO

“TikTok”da yatırım adı ilə vətəndaşların pulunu ələ keçirən şəxs SAXLANILDI - VİDEO

“Qəbələ” xaricə getmir – Yay hazırlığı ölkəmizdə olacaq

“Qəbələ” xaricə getmir – Yay hazırlığı ölkəmizdə olacaq

İsrail aviaşirkəti Avropadan təxliyə reysləri HƏYATA KEÇİRƏCƏK

İsrail aviaşirkəti Avropadan təxliyə reysləri HƏYATA KEÇİRƏCƏK

Vardanyan HAKİM QARŞISINDA: Zərərçəkmişlərin ifadələri dinlənildi - FOTO

Vardanyan HAKİM QARŞISINDA: Zərərçəkmişlərin ifadələri dinlənildi - FOTO

Bütün həftəni “qara zolaq”da olacaq BÜRCLƏR: Onlar kimlərdir?

Bütün həftəni “qara zolaq”da olacaq BÜRCLƏR: Onlar kimlərdir?

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

İsrail İsfahanda hərbi bazaya ZƏRBƏLƏR ENDİRİB - VİDEO

İsrail İsfahanda hərbi bazaya ZƏRBƏLƏR ENDİRİB - VİDEO

XİN: 60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib

XİN: 60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib

DİQQƏT: 9 marşrut üzrə avtobusların hərəkətində ləngimələr var

DİQQƏT: 9 marşrut üzrə avtobusların hərəkətində ləngimələr var

Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət etdi - FOTO

Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət etdi - FOTO

Qusarda son bir neçə gündə 17 sərxoş sürücü SAXLANILDI

Qusarda son bir neçə gündə 17 sərxoş sürücü SAXLANILDI

Millimizin Belarusla oyunlarının yeri və hakimləri BİLİNDİ

Millimizin Belarusla oyunlarının yeri və hakimləri BİLİNDİ

End of content

No more pages to load

RADİO