Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, söhbət zamanı tərəflər İran-İsrail arasında artan hərbi gərginlik, Yaxın Şərqdəki vəziyyət və regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Ərdoğan və Pezeşkian arasında baş tutan telefon danışığında əsas diqqət İranla İsrail arasında sürətlə dərinləşən qarşıdurmaya yönəlib.
Məlum olduğu kimi, son günlər ərzində İsrailin müxtəlif strateji hədəflərinə qarşı İranın ballistik raket hücumları, həmçinin İsrailin cavab zərbələri regionda genişmiqyaslı müharibə riskini artırıb.
Bizim.Media