“Müharibə bir neçə həftə davam edəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı, general Möhsün Rezayi dövlət televiziyasında çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, İran hələ özünün strateji silahından istifadə etməyib və İsrail üzərində tam qələbə çalmayınca müharibə dayandırmayacaq.
General qeyd edib ki, “Fatah-2” və “Khor Mashhar” raketləri 2 tonluq başlığa malikdirlər və bunlardan istifadə İsrailin faciəsi ola bilər.
Bizim.Media