İsrailin müdafiə naziri İsrael Kats İranın gecə saatlarında həyata keçirdiyi ölümcül hücumlardan sonra Tehran sakinlərini hədələyib.
Bizim.Media xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkə hesabında yazıb.
"Tehrandan olan təkəbbürlü diktator SAXAL-ı onun potensialını dağıdan hücumların davamından çəkindirmək üçün İsrailin mülki əhalisini hədəf alan qorxaq qatilə çevrilib.
Tehran sakinləri bunun əvəzini çox tezliklə ödəyəcəklər", - deyə İsrailin müdafiə naziri yazıb.
Bizim.Media