İsrailin hava zərbələri İranın nüvə proqramına zərər versə də, bu proqramı tamamilə məhv etdiyi düşünülmür. Amma həmin hücumlar, İranın nüvə fəaliyyətinə beynəlxalq nəzarəti daha da çətinləşdirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Blumberq” agentliyi bildirib.
Qeyd olunur ki, İsfahana hücum xüsusilə əhəmiyyətlidir, çünki bu, İranın uranı sentrifuqa xammalına çevirmək üçün yeganə obyektidir. Bu infrastrukturun itirilməsi yeni zənginləşdirilmiş uranın istehsalını dondura, İranın nüvə potensialını genişləndirmək imkanlarını məhdudlaşdıra bilər.
Bizim.Media