İsraillə İran arasında artan gərginliklə bağlı Türkiyənin diplomatik və təhlükəsizlik qüvvələrinin rəhbərlərinin birgə iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, Silahlı Qüvvələrin Baş qərargah rəisi, ordu generalı Metin Gürak və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın iştirak edib.
Görüş zamanı iki ölkə arasındakı gərginliyin mümkün nəticələri müzakirə edilib.
İclasın yekunları barədə Hakan Fidan rəsmi “X” hesabında məlumat yayıb.
O qeyd edib ki, ölkənin aidiyyəti qurumları dövlət başçısının tapşırıqları əsasında Türkiyəni maraqlandıra biləcək ehtimal ssenarilərə uyğun olaraq bütün zəruri tədbirləri görür:
“ABŞ Prezidenti Donald Trampın nüvə danışıqlarına dair başladığı prosesin davam etdirilməsi nüvə mübahisəsinin doğurduğu qarşıdurmanın aradan qaldırılması üçün yeganə yoldur. Diplomatiya müharibənin tək alternatividir”.
Bizim.Media