“Əsas toqquşmalar müntəzəm İsrail ordusu ilə deyil, Qəzzada soyqırımına görə məsuliyyət daşıyan ultra-ortodoks qruplaşmalarla baş verir. Onlar ağır silahları iri şəhərlərin mərkəzlərinə yerləşdirərək İranın raket sistemlərinin yaşayış məhəllələrini hədəfə almasına və bu səbəbdən mülki itkilərə görə İranı ittiham etməyə çalışırlar. Bu, Amerika məsləhətçilərinin tövsiyəsi ilə edilir”.
Bizim.Media xəbər verir ki, bunu İran Prezidenti Məsud Pəzeşkian İsrail hərbçilərinə müraciətində deyib.
İsrail Silahlı Qüvvələrinin hərbi qulluqçuları, haridimlərin (dindar yəhudilər) və revizionist siyonistlərin sizin uşaqlarınızı, qadınlarınızı və qocalarınızı "canlı sipər" kimi istifadə etməsinə imkan verməyin. Hakimiyyəti öz əlinizə alın! Görünür, sizinlə razılığa gəlmək Tel-Əvivdə oturub bütün yəhudi xalqını girov götürmüş xasidlər (mömin yəhudilər) və likudçulardan (Netanyahunun başçılıq etdiyi sağçı Likud partiyası) ibarət bu dəstə ilə razılığa gəlməkdən daha asandır.
Əsgərlərimiz xalqımızı və vətənimizi qorumaq vəzifəsini uğurla yerinə yetirirlər. Onlar cəsarətlə, peşəkarcasına və qəhrəmancasına hərəkət edirlər”, - Pezeşkian deyib.
Bizim.Media