Rusiyanın gizli planı ÜZƏ ÇIXDI – Pyotrun vəsiyyəti REALLIĞA ÇEVRİLİR...

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna–Cənub-Şərqi Avropa sammitində Rusiyanın Odessanı ələ keçirməyi, daha sonra isə Moldova və Rumıniya sərhədinədək irəliləməyi planlaşdırdığını bəyan edib:

“Rusiya hərbi planları bu bölgəyə-Odessa və daha sonra Moldova ilə Rumıniya sərhədinədək uzanır. Əlbəttə, bizim həm dərhal müdafiəyə, həm də bu cür hadisələrin baş verməməsi üçün uzunmüddətli zəmanətlərə ehtiyacımız var”.

Bu açıqlama onu göstərir ki,  Rusiya cəbhə xəttini genişləndirərək, Odessa istiqamətində də irəliləmək niyyətindədir.

Rusiyanın bu niyyəti gerçəkləşəcəyi təqdirdə isə, Ukrayna Qara dənizə çıxışdan tam olaraq məhrum olacaq.

Rusiyanın bu planı reallaşa bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə mövcud durumda Rusiyanın Odessa ilə bağlı istəyinə çata biləcəyini də istisna etmir:

“Ukraynanı Qara dənizdən məhrum etmək Rusiyanın məqsədlərindən biridir. Onun gerçəkləşib gerçəkləşməyəcəyi Ukrayna dövlətinin səmərəliliyindən, ciddi islahatlar aparmasından, daxildəki korrupsiyanı aradan qaldırmaqdan, dövlər qərarlarının icra intizamının güclənməsindən, başlıcası isə ölkənin hərbi sənaye qüdrətinin gücləndirilməsindən asılıdır”.

Müsahibimizin fikrincə, prosesin necə cərəyan edəcəyi Avropa dövlətləri və ABŞ-ın mövqeyindən də asılıdır:

“Avropa öz təhlükəsizliyi barədə düşünürsə, Ukraynaya ayırdığı maliyyə yardımını 2-3 qat artırmalıdır. Ukraynaya isə hər il hərbi sənayesini inkişaf etdirmək üçün 100 milyard avroya qədər pul lazımdır. Çox şey isə ABŞ-dan asılıdır. Amerikanın indiki rəhbərliyi isə tamamilə səviyyəsiz, bacarıqsız hökumətdir. Onlar hətta Amerika dövlətinin on illiklər ərzində əldə etdiyi nailiyyətləri asanlıqla güdaza verirlər.

Bütün bu kimi boşluq və çatışmamazlıqlardan istifadə edən Rusiya isə öz imperalist siyasətini yürütməkdə davam edir. Yuxarıda qeyd etdiyim addımlar atılmasa, Rusiya Ukraynadan daha güclü olduğundan Qara dənizi də Kiyevin üzünə tamamilə bağlaya bilər”.

Qeyd edək ki, Rusiya imperiyasının banisi I Pyotrun vəsiyyətində Qara dəniz məsələsi xüsusi qeyd olunub. Pyotrun fikrincə Qara dəniz Rusiyanın Aralıq dənizinə, oradan da Hind okeanına çıxış yolunda əsas keçid nöqtəsi olmalıdır. Vəsiyyətdə Rusiyanın Qara dənizə çıxış əldə etməsi və burada güclənməsi əsas strateji hədəf kimi göstərilib.

Onu da bildirək ki, bir sıra ekspertlər hələ də Rusiya xarici siyasətində Pyotrun vəsiyyətinin böyük önəm kəsb etdiyi qənaətindədirlər.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəlilabadda narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI

Cəlilabadda narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI

Bakının 550 küçəsi YUYULDU - FOTO

Bakının 550 küçəsi YUYULDU - FOTO

Dembele "Qızıl Top" haqda DANIŞDI

Dembele "Qızıl Top" haqda DANIŞDI

SEPAH-ın daha bir yüksək rütbəli zabiti ÖLDÜRÜLDÜ

SEPAH-ın daha bir yüksək rütbəli zabiti ÖLDÜRÜLDÜ

Makiyajın üzdə uzunmüddətli qalması üçün BUNLARI EDİN

Makiyajın üzdə uzunmüddətli qalması üçün BUNLARI EDİN

İran Tehran hava limanının təxliyəsinə BAŞLADI

İran Tehran hava limanının təxliyəsinə BAŞLADI

Yayda həyatlarını köklü dəyişdirəcək BÜRCLƏR

Yayda həyatlarını köklü dəyişdirəcək BÜRCLƏR

İlham Əliyev Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım etdi - FOTO

İlham Əliyev Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım etdi - FOTO

Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanda Milli Qurtuluş Günüdür

Amerikalı UFC döyüşçüsü “Qarabağ” forması ilə Bakı küçələrində - FOTO

Amerikalı UFC döyüşçüsü “Qarabağ” forması ilə Bakı küçələrində - FOTO

Şamxani də İsrailin hücumları nəticəsində öldürüldü - İran TƏSDİQLƏDİ

Şamxani də İsrailin hücumları nəticəsində öldürüldü - İran TƏSDİQLƏDİ

“Əfi” HƏBS EDİLDİ

“Əfi” HƏBS EDİLDİ

Ərdoğan və Tramp İsrail-İran gərginliyini MÜZAKİRƏ ETDİLƏR

Ərdoğan və Tramp İsrail-İran gərginliyini MÜZAKİRƏ ETDİLƏR

Ağstafada maşın kişini xəstəxanalıq etdi

Ağstafada maşın kişini xəstəxanalıq etdi

İran İsrailə dağıdıcı zərbələr endirməyi PLANLAŞDIRIR - KİV

İran İsrailə dağıdıcı zərbələr endirməyi PLANLAŞDIRIR - KİV

İran və İsrailin atdığı raketlər Naxçıvan SƏMASINDA - ANBAAN VİDEO

İran və İsrailin atdığı raketlər Naxçıvan SƏMASINDA - ANBAAN VİDEO

Ülviyyədən Ofelyaya: “Sadəcə yazıqdır” - QALMAQAL/FOTO

Ülviyyədən Ofelyaya: “Sadəcə yazıqdır” - QALMAQAL/FOTO

Qusardan olan məzunlar üçün də “Son zəng” ÇALINDI - FOTO

Qusardan olan məzunlar üçün də “Son zəng” ÇALINDI - FOTO

İran Britaniyanın casus gəmisini Oman dənizindən GERİ QAYTARDI

İran Britaniyanın casus gəmisini Oman dənizindən GERİ QAYTARDI

İki güləşçimiz Avropa çempionu OLDU - FOTO

İki güləşçimiz Avropa çempionu OLDU - FOTO

Şəmkirdə suda boğulan sevgililərin FOTOSU

Şəmkirdə suda boğulan sevgililərin FOTOSU

İsrail Təbrizdə PUA istehsalı zavodunu BOMBALADI - VİDEO

İsrail Təbrizdə PUA istehsalı zavodunu BOMBALADI - VİDEO

ABŞ-da Trampda qarşı ETİRAZLAR KEÇİRİLİR - FOTO/VİDEO

ABŞ-da Trampda qarşı ETİRAZLAR KEÇİRİLİR - FOTO/VİDEO

Avtobusun qarşısına qəfil çıxan piyada öldü - VİDEO

Avtobusun qarşısına qəfil çıxan piyada öldü - VİDEO

End of content

No more pages to load

RADİO