İsmayıllıda avtomobil aşaraq yanıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Göyçay çayının rayonun Qalacıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil həmin ərazidə olan istisu körpüsündə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və körpüdən aşıb.
Aşan avtomobildə yanğın başlayıb və nəqliyyat vasitəsində ola 3 nəfər ağır bədən xəsarətləri alıblar.
Yaralılardan bir qadın ağır yanıq xəsarəti alıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub və yanğın söndürülüb.
Yaralılar isə dərhal sakinlərin köməyi ilə avtomobildən çıxarılıb və İsmayıllı rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Baş verən ağır qəzada xəsarət alanların kimliyi bəlli olub. Bunlar Bakı şəhər sakinləri - Həsənli Səmra, Həsənova Gülsüm və Həsənov Rüfətdir.
Bizim.Media, Aran bürosu