Ermənistan öz xeyri üçün tələsəcək, yoxsa Trampa hörmətsizlik etməyi SEÇƏCƏK? – TƏHLİL

Məlum olduğu kimi, avqustun 8-də Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Azərbaycan diplomatiya tarixinə qızıl hərflərlə yazıldı.
 

Görüşdə Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalandı.


Bundan əlavə, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətni paraflandı və Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini imzaladılar.

Bütün bunlar isə faktiki olaraq Azərbaycanın sülh gündəliyinin təsdiq edilməsi idi.

İki şərtdən biri yerinə yetirildi

Məlum olduğu kimi, sülh sazişinin mətni bu ilin mart ayında razılaşdırılıb. Yekun sazişin imzalanması üçün isə Azərbaycan tərəfindən iki şərt irəli sürülmüşdü: ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu müddəaların çıxarılması.
 

Ermənistan ATƏT-in Minsk Qrupunun buraxılması məsələsini ləngitməyə çalışırdı. Rəsmi İrəvan bildirirdi ki, sülh sazişinin imzalanması ilə eyni vaxtda Minsk Qrupunun buraxılması ilə bağlı ATƏT-ə müraciət oluna bilər.


Lakin Azərbaycanın qəti tələbləri Erminstanın bu məsələdə rəsmi Bakının şərtini qəbul etməsi ilə nəticələndi.

Avqustun 8-də Ağ Evdə Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzaladılar.

Ermənistanın “ev tapşırıqları”

Ağ Evdə yekun sülh sazişinin imzalanmasına bir faktor mane oldu. Söhbət Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmasından gedir. Azərbaycan Prezidenti İlham Əliyev tarixi görüşdən sonra yerli mətbuata müsahibəsində sözügedən məsələni xüsusi qeyd edib:
 

“Təbii ki, Ermənistanın “ev tapşırıqları” da var. Onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün Sülh Sazişi imzalansın. Amma bu dəyişikliklər edildikdən sonra, saziş istənilən vaxt imzalana bilər.


Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı etməyi Ağ Evdə həyata keçirməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib”.

İndi qalır Konstitusiyaya dəyişikliklərin edilməsi…

Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılması məsələsi bir sıra hallarda erməni cəmiyyəti və rəsmi İrəvan tərəfindən reallıqdan uzaq fərziyyələrin ortaya atılmasına səbəb olub. Guya ki, Azərbaycan bu tələbi ilə Ermənistanın daxili işlərinə qarışmaq istəyir.
 

Ancaq bu, təbii ki, doğru deyil. Azərbaycanın Ermənistandan Konstitusiyasını dəyişməyi tələb etməsi tamamilə haqlı və məntiqlidir. Çünki sülh sazişi hazırki hakimiyyətlə deyil, Ermənistan dövləti ilə imzalanır.


Gələcəkdə hər hansı Ermənistan lideri sülh sazişinin Konstitusiyaya zidd olduğunu önə sürə, yenidən ərazi iddiları irəli sürmək fikrinə düşə bilər. Ona görə də Ermənistanın “ana qanun”unda dəyişikliklər edilməsi tamamilə haqlı tələbdir.
 

İlham Əliyev Ağ Evdə jurnalistlərə müsahibəsində də Ermənistan konstitusiyasına dəyişikliyin tez bir zamanda reallaşmasının önəmini xüsusi vurğulayıb:


“Bu gün bu paraflanma Ağ Evdə baş verdi. Ona görə mən şübhə etmirəm ki, Ermənistan konstitusiyası dəyişiləndə Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq.

Əks təqdirdə bu, birinci növbədə ABŞ-a hörmətsizlik olacaq.

Çünki hər kəs bilir, bizim mövqeyimiz demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən ABŞ tərəfindən anlayışla qarşılanır. Mənim bu məsələ ilə bağlı şübhəm yoxdur. Bu nə vaxt olacaq, Ermənistanın öz işidir.
 

Biz burada hər hansı bir təklif irəli sürə bilmərik. Mən hesab edirəm ki, nə qədər tez olsa, bir o qədər yaxşıdır. Vaxt itirmək məncə, lazım deyil. Bir halda ki, Ermənistanla Azərbaycan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir”.


Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan üzərinə düşən məsuliyyəti nə qədər tez yerinə yetirsə, o qədər yaxşı olar. Xüsusilə də, Ermənistanın özü üçün.

Konstitusiya dəyişikliyi məsələsini ləngitmək isə ABŞ-a və sülh üçün mütərəqqi addımlar atan Donald Trampa hörmətsizlik olacaq...

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qəbələ” “Real”ın yetirməsi ilə müqavilə imzaladı

“Qəbələ” “Real”ın yetirməsi ilə müqavilə imzaladı

“Karvan-Yevlax”da iranlı müdafiəçi

“Karvan-Yevlax”da iranlı müdafiəçi

Netanyahu Trampla telefonla danışdı

Netanyahu Trampla telefonla danışdı

İsmayıllıda avtomobil körpüdən aşaraq yandı - Xəsarət alanlar var - VİDEO

İsmayıllıda avtomobil körpüdən aşaraq yandı - Xəsarət alanlar var - VİDEO

Pərvin Abıyevanın hovuz görüntüləri - FOTO-VİDEO

Pərvin Abıyevanın hovuz görüntüləri - FOTO-VİDEO

Avropa liderləri Putinlə görüşdən əvvəl Trampla danışmaq istəyirlər

Avropa liderləri Putinlə görüşdən əvvəl Trampla danışmaq istəyirlər

Türkiyəli alimdən XƏBƏRDARLIQ: "Binalardan uzaq durun"

Türkiyəli alimdən XƏBƏRDARLIQ: "Binalardan uzaq durun"

Aparıcı Vüsalə qəzaya düşdü - FOTO

Aparıcı Vüsalə qəzaya düşdü - FOTO

Ermənistan Vaşinqton görüşü ilə bağlı İrana HESABAT VERƏCƏK - VİDEO

Ermənistan Vaşinqton görüşü ilə bağlı İrana HESABAT VERƏCƏK - VİDEO

Qubada oğlan əmisini BIÇAQLADI

Qubada oğlan əmisini BIÇAQLADI

Türkiyədə sakinlərin dağıntılar altından çıxarılması anı - VİDEO

Türkiyədə sakinlərin dağıntılar altından çıxarılması anı - VİDEO

ABŞ-ın iki hərbi təyyarəsi İrəvana eniş etdi

ABŞ-ın iki hərbi təyyarəsi İrəvana eniş etdi

Türkiyədə balaca qız zəlzələdən belə xilas olundu - ANBAAN VİDEO

Türkiyədə balaca qız zəlzələdən belə xilas olundu - ANBAAN VİDEO

Almaniya kansleri ABŞ və Rusiya liderlərinə səsləndi: “Ukraynanın iradəsi nəzərə alınmadan...” - VİDEO

Almaniya kansleri ABŞ və Rusiya liderlərinə səsləndi: “Ukraynanın iradəsi nəzərə alınmadan...” - VİDEO

Ermənistan öz xeyri üçün tələsəcək, yoxsa Trampa hörmətsizlik etməyi SEÇƏCƏK? – TƏHLİL

Ermənistan öz xeyri üçün tələsəcək, yoxsa Trampa hörmətsizlik etməyi SEÇƏCƏK? – TƏHLİL

NATO-nun baş katibi: Alyaskada sülh sazişi imzalanmayacaq

NATO-nun baş katibi: Alyaskada sülh sazişi imzalanmayacaq

Hazırda Balıkəsir - VİDEO

Hazırda Balıkəsir - VİDEO

Türkiyədə çökən binanın altından 4 nəfər çıxarıldı - VİDEO

Türkiyədə çökən binanın altından 4 nəfər çıxarıldı - VİDEO

Tramp “bomjları” Vaşinqtondan qovur: Paytaxtımızdan gedin!

Tramp “bomjları” Vaşinqtondan qovur: Paytaxtımızdan gedin!

Abbas Əraqçi “Zəngəzur dəhlizi” ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Abbas Əraqçi “Zəngəzur dəhlizi” ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Tramp və Ərdoğan Rusiyanı Cənubi Qafqazdan sıxışdırdı – “Deutsche Welle”

Tramp və Ərdoğan Rusiyanı Cənubi Qafqazdan sıxışdırdı – “Deutsche Welle”

Türkiyədə ardıcıl zəlzələlər oldu - 10-a yaxın bina çökdü - VİDEO

Türkiyədə ardıcıl zəlzələlər oldu - 10-a yaxın bina çökdü - VİDEO

Pezeşkian Xameneidən fərqli olaraq Zəngəzur dəhlizinə qarşı çıxmadı - VİDEO

Pezeşkian Xameneidən fərqli olaraq Zəngəzur dəhlizinə qarşı çıxmadı - VİDEO

Ərdoğandan zəlzələ ilə bağlı ilk AÇIQLAMA

Ərdoğandan zəlzələ ilə bağlı ilk AÇIQLAMA

End of content

No more pages to load

RADİO