Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, nəqliyyat hadisəsi zamanı sürücü ağır xəsarət alıb.
Qəza “Nasosnu” adlanan ərazidə qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir məhəccərə çırpılıb.
Nəticədə avtomobilin sürücüsü Sənan adlı şəxs ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Məlumata görə, onun bir ayağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)
Bizim.Media