Yanacaq xərclərini 2 dəfə artıran səhv!

Yay ayları gəldikdə, isti günəş, açıq yollar və tətil planları hamımızı həyəcanlandırır.

Amma bu gözəl mövsüm avtomobil sahibləri üçün bəzi tələləri də özü ilə gətirir.

Bizim.Media avtomobil mütəxəssislərinin bəzi xəbərdarlıqlarını təqdim edir:
 

Fərqində olmadan etdiyimiz sadə səhvlər həm cibimizi yandırır, həm də avtomobilimizin ömrünü qısaldır. Avtomobil ekspertlərinin tez-tez vurğuladığı "10 dəqiqə qaydası" isə həm yanacaq qənaəti təmin edir, həm də maşının sağlamlığını qoruyur.


İsti havalarda tıxacda dayananda və ya kimisə gözləyərkən mühərriki açıq saxlamaq sadə görünə bilər. Lakin mühərrikin boşda işləməsi, xüsusən kondisioner açıq olduqda, yanacaq sərfiyyatını su kimi artırır. Mütəxəssislər deyir ki, bu vərdiş israf gətirir, qənaət yox.
 

10 dəqiqəlik dayanma zamanı mühərriki açıq saxlamaq avtomobilinizin litr-litr yanacağı boş yerə sərf etməsinə səbəb ola bilər.


Kondisioner kompressoru mühərrik boşda işləyərkən fasiləsiz işləyir və mühərrikə əlavə yük düşür. Bu, xüsusən şəhər içi sıx tıxacda mühərrikin daha çox aşınmasına gətirib çıxarır.
 

Nə etməli? Qısa müddətli dayanma varsa, kondisioneri söndürüb pəncərələri bir az aralamaq yaxşı fikirdir. Uzun müddətli dayanmalarda isə mühərriki tamamilə söndürmək ən ağıllı həll yoludur.


Çoxumuz isti havada sərinləmək üçün pəncərələri açıb sürməyə davam edirik.

Amma bu vərdiş düşündüyünüzdən daha böyük problem yarada bilər.

Açıq pəncərələr avtomobilin aerodinamik quruluşunu pozur, hava müqavimətini artırır.
 

Bu da mühərrikin daha çox işləməsinə və nəticədə yanacağın daha çox sərf olunmasına səbəb olur.Əvəzinə, aşağı sürətlərdə pəncərələri azca aralamaq, yüksək sürətlərdə isə kondisioneri aşağı səviyyədə işlətmək daha səmərəlidir.


Mütəxəssislər bildirir ki, əgər 10 dəqiqədən çox bir yerdə dayanacaqsınızsa, mühərriki söndürməyinizi qəti şəkildə tövsiyə edirlər.

Bu sadə qayda təkcə yanacaq qənaəti təmin etmir, həm də mühərrikin həddindən artıq qızmasının qarşısını alır və uzunmüddətli istifadə ömrünü uzadır. (Milli.az)
 

Yayda avtomobil idarə etmək təkcə mühərriklə bitmir. Təkər təzyiqi və yük kimi detallarda yanacaq sərfiyyatına birbaşa təsir edir.

 

Aşağı təkər təzyiqi təkərlərin yolla daha çox sürtünməsinə səbəb olur, bu da mühərrikin daha çox işləməsini tələb edir və yanacaq sərfiyyatını artırır.

Buna görə də, ayda bir dəfə təkər təzyiqinizi yoxlamaq vərdişi formalaşdıra bilərsiniz.
 

Avtomobilinizin müntəzəm baxımını etdirməklə mühərrikin effektiv işləməsini təmin edin.


Çirkli hava filtrləri yanacaq sərfiyyatını artıra bilər. Ani sürətlənmə və sərt əyləc yanacağı artırır.
 

Mümkünsə, sakit və yumşaq sürüş tərzi mənimsəyin. Avtomobilinizi günəş altında saxlamaq daxili temperaturu artıraraq kondisionerin daha çox işləməsinə səbəb olur.


Mümkünsə, avtomobilinizi kölgəli yerlərdə park edin və ya günəşlik istifadə edin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vens: “Putin Zelenski ilə danışıqlar masasına əyləşmək istəmir” - VİDEO

Vens: “Putin Zelenski ilə danışıqlar masasına əyləşmək istəmir” - VİDEO

Xamenei oyandı

Xamenei oyandı

Biləsuvarda AĞIR QƏZA: Şəhid atası və daha bir nəfər xəsarət aldı

Biləsuvarda AĞIR QƏZA: Şəhid atası və daha bir nəfər xəsarət aldı

Vitse-prezidentdən BƏDBİN AÇIQLAMA: Tramp Ukrayna üzrə danışıqların uğurlu olacağına əmin deyil

Vitse-prezidentdən BƏDBİN AÇIQLAMA: Tramp Ukrayna üzrə danışıqların uğurlu olacağına əmin deyil

Türkiyədə yanaşı üç fabrik YANDI

Türkiyədə yanaşı üç fabrik YANDI

"Selena" serialının ulduzları illər sonra - FOTOSESSİYA

"Selena" serialının ulduzları illər sonra - FOTOSESSİYA

ABŞ artıq Ukraynadakı münaqişəni maliyyələşdirməyəcək - Cey Di Vens

ABŞ artıq Ukraynadakı münaqişəni maliyyələşdirməyəcək - Cey Di Vens

600-dən çox zəvvar xəstəxanaya yerləşdirildi

600-dən çox zəvvar xəstəxanaya yerləşdirildi

Netanyahunun sülh ŞƏRTİ

Netanyahunun sülh ŞƏRTİ

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini Azərbaycana səfərə dəvət etdi

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini Azərbaycana səfərə dəvət etdi

“Dönüşüm sadəcə səhnəyə atılan addım deyil” - Boşandığı iddia olunan Aysel

“Dönüşüm sadəcə səhnəyə atılan addım deyil” - Boşandığı iddia olunan Aysel

Sabunçuda piyada keçidinin qopan panelləri təhlükə yaradır - VİDEO

Sabunçuda piyada keçidinin qopan panelləri təhlükə yaradır - VİDEO

Arıqlamağınıza imkan verməyən VƏRDİŞLƏRİNİZ

Arıqlamağınıza imkan verməyən VƏRDİŞLƏRİNİZ

Ərdoğan nazirləri TOPLAYIR: Vaşinqton görüşü GÜNDƏMDƏ

Ərdoğan nazirləri TOPLAYIR: Vaşinqton görüşü GÜNDƏMDƏ

Bakıda itkin düşən uşaq tapıldı

Bakıda itkin düşən uşaq tapıldı

Gimnastımız Dünya Oyunlarında gümüş medal qazandı

Gimnastımız Dünya Oyunlarında gümüş medal qazandı

Sumqayıtda ağır qəza: Sürücünün durumu ağırdır - VİDEO

Sumqayıtda ağır qəza: Sürücünün durumu ağırdır - VİDEO

Lalə ana olmaq istəyir

Lalə ana olmaq istəyir

“Sabah” amerikalı legioneri transfer etdi

“Sabah” amerikalı legioneri transfer etdi

Ağdərədəki yanğın genişlənir: 2 helikopter cəlb edildi - VİDEO

Ağdərədəki yanğın genişlənir: 2 helikopter cəlb edildi - VİDEO

Abşeron dairəvi marşrutu üzrə qatarların qrafikində dəyişikliklər edildi - CƏDVƏL

Abşeron dairəvi marşrutu üzrə qatarların qrafikində dəyişikliklər edildi - CƏDVƏL

“Neftçi” yeni transferini açıqladı - RƏSMİ

“Neftçi” yeni transferini açıqladı - RƏSMİ

Türkiyədə meşə yanğınlarına görə 770 nəfər başqa yerə köçürülüb

Türkiyədə meşə yanğınlarına görə 770 nəfər başqa yerə köçürülüb

Kanada Rusiya neftinin qiymətini aşağı salacaq?

Kanada Rusiya neftinin qiymətini aşağı salacaq?

End of content

No more pages to load

RADİO