Mürəbbə hazırlamağın əsl mövsümüdür.
Bizim.Media xəbər verir ki, bişirdiyiniz mürəbbələrin dadından doyulmaması üçün bunları edin:
Mürəbbə hazırlamaq üçün istifadə etdiyiniz meyvələr tam yetişmiş olmalıdır.
Mürəbbənin köpməməsi üçün bir az kərə yağı əlavə edib qarışdırın.
Mürəbbə hazırlayarkən onun tam bişdiyini yoxlamaq üçün suya bir neçə damcı bu mürəbbə tökün. Əgər yayılmırsa, demək hazırdır.
Ərik və şaftalı kimi şirin meyvələrə daha az, albalı və gavalı kimi turş meyvələrə isə daha çox şəkər əlavə etməlisiniz.
Qışda mürəbbələrin xarlanmasının qarşısını almaq üçün limon və ya limon turşusu əlavə edə bilərsiniz.
Mürəbbəni bişirərkən həmişə taxta qaşıqla eyni istiqamətdə qarışdırın.
Əks halda, mürəbbənizin bərkiməsi daha uzun sürəcək və ya sulu qala bilər.
Mürəbbə istənilən konsistensiyaya çatdıqdan sonra, qaynar suya batırılmış metal süzgəclə köpüyünü təmizləyin.
Bankalara doldurduğunuz mürəbbəni möhürləməzdən əvvəl tam soyuduğundan əmin olun.
Mürəbbə ilə doldurulmuş bankaları quru və sərin yerdə, qaranlıqda saxlayın.
Bizim.Media