Gəncədə 24 yaşlı oğlan xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən restoranlardan birinin qarşısında baş verib.
Gecə saatlarında, 2001-ci il təvəllüdlü Vüsal Rüstəmov bədənin müxtəlif nahiyyələrinin kəsilmiş deşilmiş yaraları ilə xəstəxanaya çatdırılıb.
O dərhal əməliyyata götürülüb.
24 yaşlı kişinin hansı şəraitdə və kim tərəfindən xəsarət alması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu