“Abituriyent” jurnalının 4 saylı buraxılışı avqustun 9-da nəşr olunacaq.
Bizim.Media xəbər verir ki, bunu "Modern.az"ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirib.
O qeyd edib ki, abituriyentlər sabah gün ərzində “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçalarını və “Abituriyent” jurnalının növbəti buraxılışını kitab satış nöqtələrindən əldə edə biləcəklər.
Bizim.Media