Avqustun 8-nə keçən gecə Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına “Shahed” dronları ilə hücum edib.
MÖVZU İLƏ BAĞLI
SON DƏQİQƏ! Rusiya Azərbaycan qazını Ukraynaya ötürən stansiyanı VURDU
Bizim.Media xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.
Hücum yanğına səbəb olub və dizel yanacağı boru kəmərinə ziyan vurub.
Mənbənin məlumatına görə, yanğın tez bir zamanda lokallaşdırılıb. Zərbə nəticəsində şirkətin dörd əməkdaşı ağır yaralanıb və onlara təcili tibbi yardım göstərilib.
Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır.
Qeyd edək ki, bundan əvvəl Rusiya Odessa vilayətində yerləşən “Orlovka” kompressor stansiyasına, Azərbaycan qazının keçməli olduğu qazpaylayıcı stansiyaya zərbə endirmişdi.
Bizim.Media