Ağdaşda 36 yaşlı kişini "tok" vurub öldürüb.
Bizim.Media -nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Xosrov kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1989-cu il təvəllüdlü Tahirov Saleh Əliağa oğlunu elektrik cərəyanı vurub.
O, kənddə traktor təmir edirmiş, qırılan hissəsini qaynaq edərkən "tok" vurub.
Ağır xəsarət alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.
Onun meyiti aidiyyatı üzrə təhvil verilib.Hazırda fakt araşdırılır.
Bizim.Media, Aran bürosu