Tehrandan yeni ABSURD İTTİHAM – İranın buludları oğurlanıb?

İran mətbuatında yayımlanan son iddialar çoxlarını mat qoydu: guya Aralıq dənizindən gələn buludların istiqaməti qəsdən dəyişdirilib Bakıya yönləndirilir. Tehran səmasını “bəyənməyən” buludlar birbaşa Bakı göylərində qərarlaşır. İranın iddiası da budur ki, qərb qüvvələrinin (Təbii ki İsraili nəzərdə tutur) “bulud mütəxəssisləri” Aralıq dənizindən gələn rütubətli hava kütlələrini Bakıya qovmaqla İranı susuzluğa məhkum ediblər. Əbülfəzl Abbasa məktub yazıb yağış istəyən iranlılar buna inana bilər, amma elmi əsaslar başqa qənaətə varır.

Ekoloq Ənvər Əliyev məsələni Bizim.Media-ya açıqlamasında bildirib ki, İran, Türkiyə və Azərbaycan da daxil olmaqla, bütövlükdə Avrasiyanın qərb sahilləri Atlantik okeanından gələn rütubətli hava axınlarının (Azor antisiklonunun) təsiri altındadır.
 

MÖVZU İLƏ BAĞLI:

Hava kəskin DƏYİŞİR – Temperatur enəcək, yağış yağacaq


“Planetar olan bu hadisəyə təsir etmək qeyri-mümkündür, yumşaq desək, gülünc bir təxəyyüldür!

Bu Qolfstrim cərəyanıdır, onun axınına necə təsir etmək olar?! Qolfstrim cərəyanının bir qolu Azor adalarından ayrılır, antisiklon şəklində Avropanın qərb hissəsinə gəlir. Gəldikcə də, tədricən yağıntının miqdarı azalır. Məsələn, Gürcüstana 1500 mm yağıntı düşür, arada dağlar olduğundan bizə bu miqdarın yarısından da az düşür. Şərq tərəfə getdikcə daha da seyrəlir. Bu prosesə heç cürə təsir etmək mümkün deyil”.

Ekoloq deyir ki, yağıntılardan vaxtında daha səmərəli istifadə etmək lazım idi. Sututarlar artırılmalıydı. İl ərzində qeyri-bərabər yağıntıları və əhali artımını da nəzərə alsaq, vəziyyət bir qədər də ciddiləşir:

“Yazda sel sular, yayın əvvəlində bol yağışlar axıb zay olur. Hər çayın üzərində sututarları yaratmaq mümkündür. Su ora yığılsın və quraq keçən iyul-avqust aylarında, suvarmaya, heyvandarlığa daha çox lazım olan vaxtı istifadə olunsun”, - deyə mütəxəssis vurğulayıb.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“WhatsApp”da statuslarla bağlı yenilik

“WhatsApp”da statuslarla bağlı yenilik

Azərbaycanın və Ermənistanın media nümayəndələri Ağ Evin qarşısında - VİDEO

Azərbaycanın və Ermənistanın media nümayəndələri Ağ Evin qarşısında - VİDEO

Arayik və digərlərinin məhkəməsində yeni İFADƏLƏR - FOTO

Arayik və digərlərinin məhkəməsində yeni İFADƏLƏR - FOTO

"OpenAI" şirkəti yeni "GPT-5" modelini təqdim edib

"OpenAI" şirkəti yeni "GPT-5" modelini təqdim edib

Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olundu

Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olundu

“Beşiktaş” “Lester”in futbolçusunu transfer etdi

“Beşiktaş” “Lester”in futbolçusunu transfer etdi

“Abituriyent” jurnalı bu tarixdə dərc olunacaq - RƏSMİ

“Abituriyent” jurnalı bu tarixdə dərc olunacaq - RƏSMİ

Tarixi görüşlərə saatlar qalır: Azərbaycanlı jurnalistlər Ağ Evə yola düşdülər - VİDEO

Tarixi görüşlərə saatlar qalır: Azərbaycanlı jurnalistlər Ağ Evə yola düşdülər - VİDEO

Zəngəzur dəhlizinə 99 il onlar nəzarət edəcək

Zəngəzur dəhlizinə 99 il onlar nəzarət edəcək

Putin Trampla görüş ərəfəsində 5 ölkənin liderinə ZƏNG ETDİ

Putin Trampla görüş ərəfəsində 5 ölkənin liderinə ZƏNG ETDİ

Safura əri ilə CeyLo-nun konsertində - VİDEO

Safura əri ilə CeyLo-nun konsertində - VİDEO

Rusiya SOCAR-ın Odessadakı neft bazasına HÜCUM ETDİ: Yaralılar var

Rusiya SOCAR-ın Odessadakı neft bazasına HÜCUM ETDİ: Yaralılar var

Ağdaşda 36 yaşlı kişi faciəli şəkildə həyatını itirdi

Ağdaşda 36 yaşlı kişi faciəli şəkildə həyatını itirdi

Türkanda dənizdə bir nəfər batdı

Türkanda dənizdə bir nəfər batdı

Ukraynaya 3,2 milyardlıq yardım təsdiqləndi

Ukraynaya 3,2 milyardlıq yardım təsdiqləndi

Dollar 2 manat olacaq? - AÇIQLAMA

Dollar 2 manat olacaq? - AÇIQLAMA

Röya oğlu ilə tətildə - FOTOLAR

Röya oğlu ilə tətildə - FOTOLAR

Metroda dünyaya gələn uşağa bu ad VERİLƏCƏK

Metroda dünyaya gələn uşağa bu ad VERİLƏCƏK

İtkin düşən 22 yaşlı hamilə qadın TAPILDI

İtkin düşən 22 yaşlı hamilə qadın TAPILDI

Tərtərdə ağır qəza: Ölənlər var - VİDEO

Tərtərdə ağır qəza: Ölənlər var - VİDEO

“İmişli” “Sabah”ın futbolçusunu transfer etdi

“İmişli” “Sabah”ın futbolçusunu transfer etdi

Azərbaycan Prezidentinin Ağ Evdəki görüşləri canlı YAYIMLANACAQ

Azərbaycan Prezidentinin Ağ Evdəki görüşləri canlı YAYIMLANACAQ

Paşinyan Trampın xüsusi nümayəndəsi ilə görüşdü -VİDEO

Paşinyan Trampın xüsusi nümayəndəsi ilə görüşdü -VİDEO

Qəbuldan sonra İMTİNA – Şəkidəki musiqi məktəbi niyə BAĞLANIR? - FOTO

Qəbuldan sonra İMTİNA – Şəkidəki musiqi məktəbi niyə BAĞLANIR? - FOTO

End of content

No more pages to load

RADİO