Qəbuldan sonra İMTİNA – Şəkidəki musiqi məktəbi niyə BAĞLANIR? - FOTO

Şəkidəki musiqi məktəbinə - birinci sinfə rəsmən qəbul aparıldı lakin...

Şəki şəhər 3 nömrəli uşaq musiqi məktəbi ötən əsrin 80-ci illərindən fəaliyyət göstərir. Ötən müddətdə onlarla tanınmış musiqiçi, eləcə də beynəlxalq və respublika müsabiqələrinin laureatlarını yetişdirən, Qran-Pri mükafatlarına layiq görülən bu təhsil ocağına bu ildən qəbul dayandırılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu il növbəti tədris ili üçün imtahan keçriləndən, qəbul haqda 70 şagirdə rəsmi məlumat daxil olandan sonra məktəbdə şagirdlərin qəbulunun dayandırıldığı bəlli olub.

Bu isə ilk növbədə valideynlərin ciddi narahatlığına səbəb olub.


Anlaşılmazlıqdan narahat olan bir qrup valideyin məsələni ictimailəşdirmək, narahatlıqlarını müvafiq qurumların diqqətinə çatdırmaq istəyib. Eyni zamanda onlara bir il möhlət verilməsini xahiş ediblər.

Valideynlər bildirir ki, onların övladları Şəki 3 nömrəli Uşaq Musiqi məktəbinə iyun ayında şagird qəbulu imtahanında iştirak edib. Şagirdlərin imtahanlarının yekun balları da elektron qaydada elan olunub. 70-dən artıq şagird 90-100  bal qazanıb.  Lakin bir neçə gün əvvəl Mədəniyyət Nazirliyi tərəfindən Şəki 3 nömrəli Uşaq Musiqi məktəbinə birinci sinfə şagird qəbulu dayandırılması haqda məlumat verilib.

Valideyn Tahirə Yusifovanın sözlərinə görə iki nəvəsi bu məktəbdə təhsil alır. Hər iki uşaq dərslərini əla oxuyur, müxtəlif konsert və müsabiqələrdə iştirak etməklə bilik və bacarıqlarını artırır. Lakin son müəmmalı qərar onları çox məyus edib. Tahirə xanım belə mötəbər təhsil ocağında qəbulun dayandırılmasından çox məyusdur və nəvələrinin gələcəyi üçün narahatdır.


Yüzlərlə şagirdin təhsil aldığı musiqi məktəbi nəticələri ilə fərqlənir.


Valideyn Vüsalə Əliyevanın da iki övladı musiqi məktəbində təhsil alır və hər ikisi artıq indidən respublika müsabiqələrinə qatılırlar.  Vüsalə xanım da digər valideynlər kimi məktəbin gələcək taleyindən daha doğrusu bağlanmasından narahatdır.

Digər valideyn Gülər Məmmədovanın iki nəvəsi bu il yüksək balla 1-ci sinfə daxil olub. Məmmədovlar ailəsi bu sevinci yaşayıb başa çatdırmadan belə məyusedici xəbər alıblar:

“Nəvələrimdən biri pianinoya, digəri skripka sinfinə yüksək balla qəbul olunub. Amma niyə, nə səbəbə qəbul dayandırılıb? Bağlanmasından heç xəbərimiz yoxdur. Uşaqlar zəhmət çəkib, giriblər niyə bağlansın? Səbəb nədir? Məktəbin nəticələri yüksəkdir və hər yerdə bu məktəb təmsil olunur. Onun nəticələrini görüb gəlmişik”, - deyən Gülər xanım valideynlər adından Mədəniyyət nazirliyinə müraciət edəcəklərini, onlara bir il möhlət verilməsini xahiş edəcəklərini bildirir.


Şəkinin musiqi həyatında, burada təşkil edilən festival və müsabiqələrin bazasının 3 nömrəli musiqi məktəbinin şagird və müəllimlərindən formalaşdığını deyən məktəbin direktoru Səmsiyyət Əsgərova da valideynlərin haqlı tələbini başa düşdüyünü, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət edərək eynilə bir il möhlət verilməsini xahiş etdiklərini söylədi.    

“Cənab nazirimiz Adil Kərimlidən çox xahiş edirik bu il üçün bizim valideynlərin bu həyəcanını, məktəbin yaradıcı kollektivinin, böyük uğurlarımızı nəzərə alsınlar.  Bu il Londonda şagirdimiz Azərbaycan bayrağı ilə Beynəlxalq müsabiqənin laureatı olub. Dünən iki qrup xor kollektivimiz uşaq incəsənət festivalına gedib. Xor qrupumuz respublikada 2-ci yer qazanıb. Estradamız respublikada 1-ci yer qazanıb. Beynəlxalq musabiqədə məktəbin kollektivi Qran-Pri qazanıb. Odur ki, məktəbimizin uğurlarını nəzərə alıb bu il güzəşt eləsinlər. Bu il 1-ci sinfə daxil olanlar oxusun, gələn ildən bu problemlər həllini tapar”, - deyə Mədəniyyət nazirliyindən xahiş edib.


Şəki 3 nömrəli musiqi məktəbində qəbulun dayandırılması o deməkdir ki, bu təhsil ocağının qarşıdakı illərdə fəaliyyətinə xitam veriləcək.

Bəs hazırda təhsil alanların, eləcə də bu il məktəbə qəbul olunanların taleyi necə olacaq?

Məsələ ilə bağlı Mədəniyyət nazirliyinə sorğu ünvanladıq.

Nazirlikdən bildirilib ki, nazirliyin sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, xidmətlərin rəqəmsallaşdırılması, informasiya sistemləri ilə inteqrasiya və ictimaiyyətlə çevik ünsiyyətin gücləndirilməsi istiqamətində geniş islahatlar davam etdirilir.


Nazirlikdən verilən məlumata əsasən hazırda musiqi, incəsənət  məktəblərinə şagird qəbulu prosesinin imtahan mərhələsi yekunlaşıb, şagirdlərin ixtisas seçimi və yerləşdirilməsi prosesinə başlanılmayıb. Bu mərhələ yekunlaşmadan hansı məktəbə nə qədər  şagirdin qəbul olmasını demək mümkün deyil.  Qəbul planı bölgələr üzrə şagird sayı nisbəti, məktəblərin infrastruktur imkanları, müəllimlərin obyektiv dərs yükü müəyyənləşdriməklə icra olunacaq.










Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağ Ev Azərbaycan və Ermənistan liderlərini gözləyir - VİDEO

Ağ Ev Azərbaycan və Ermənistan liderlərini gözləyir - VİDEO

BMT TŞ təcili iclas keçirəcək

BMT TŞ təcili iclas keçirəcək

"Həmin aparıcıların nömrəsini "qara siyahı"ya atmışam"

"Həmin aparıcıların nömrəsini "qara siyahı"ya atmışam"

Ağ Ev tarixi görüşə belə hazırlaşır -VİDEO

Ağ Ev tarixi görüşə belə hazırlaşır -VİDEO

ABŞ Fələstini tanımayacaq

ABŞ Fələstini tanımayacaq

Türkanda dənizdə batan şəxsin meyiti tapıldı - YENİLƏNİB

Türkanda dənizdə batan şəxsin meyiti tapıldı - YENİLƏNİB

“WhatsApp”da statuslarla bağlı yenilik

“WhatsApp”da statuslarla bağlı yenilik

Azərbaycanın və Ermənistanın media nümayəndələri Ağ Evin qarşısında - VİDEO

Azərbaycanın və Ermənistanın media nümayəndələri Ağ Evin qarşısında - VİDEO

Arayik və digərlərinin məhkəməsində yeni İFADƏLƏR - FOTO

Arayik və digərlərinin məhkəməsində yeni İFADƏLƏR - FOTO

"OpenAI" şirkəti yeni "GPT-5" modelini təqdim edib

"OpenAI" şirkəti yeni "GPT-5" modelini təqdim edib

Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olundu

Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olundu

“Beşiktaş” “Lester”in futbolçusunu transfer etdi

“Beşiktaş” “Lester”in futbolçusunu transfer etdi

“Abituriyent” jurnalı bu tarixdə dərc olunacaq - RƏSMİ

“Abituriyent” jurnalı bu tarixdə dərc olunacaq - RƏSMİ

Tarixi görüşlərə saatlar qalır: Azərbaycanlı jurnalistlər Ağ Evə yola düşdülər - VİDEO

Tarixi görüşlərə saatlar qalır: Azərbaycanlı jurnalistlər Ağ Evə yola düşdülər - VİDEO

Zəngəzur dəhlizinə 99 il onlar nəzarət edəcək

Zəngəzur dəhlizinə 99 il onlar nəzarət edəcək

Putin Trampla görüş ərəfəsində 5 ölkənin liderinə ZƏNG ETDİ

Putin Trampla görüş ərəfəsində 5 ölkənin liderinə ZƏNG ETDİ

Safura əri ilə CeyLo-nun konsertində - VİDEO

Safura əri ilə CeyLo-nun konsertində - VİDEO

Rusiya SOCAR-ın Odessadakı neft bazasına HÜCUM ETDİ: Yaralılar var

Rusiya SOCAR-ın Odessadakı neft bazasına HÜCUM ETDİ: Yaralılar var

Ağdaşda 36 yaşlı kişi faciəli şəkildə həyatını itirdi

Ağdaşda 36 yaşlı kişi faciəli şəkildə həyatını itirdi

Ukraynaya 3,2 milyardlıq yardım təsdiqləndi

Ukraynaya 3,2 milyardlıq yardım təsdiqləndi

Dollar 2 manat olacaq? - AÇIQLAMA

Dollar 2 manat olacaq? - AÇIQLAMA

Röya oğlu ilə tətildə - FOTOLAR

Röya oğlu ilə tətildə - FOTOLAR

Metroda dünyaya gələn uşağa bu ad VERİLƏCƏK

Metroda dünyaya gələn uşağa bu ad VERİLƏCƏK

İtkin düşən 22 yaşlı hamilə qadın TAPILDI

İtkin düşən 22 yaşlı hamilə qadın TAPILDI

End of content

No more pages to load

RADİO